Şahdağa qar yağdı
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, Şahdağda isə qar yağıb.
Düşən yağıntının miqdarı Şamaxıda 63 (aylıq normanın 83%-i), Oğuzda 52 (aylıq normanın 51%-i), Saatlıda 17 (aylıq normanın 42%-i), Kişçayda (Şəki) 15, Sarıbaşda (Qax) 12, Zaqatala, Tərtərdə 11, Ordubad, Qubada 10, Şahdağda 9, Sabirabad, Ağsu, Qəbələ, İsmayıllı, Gədəbəy, Sədərək, Göygöl, Ağstafa, Şərur, Qusar, Şahbuz, Balakən, Qobustan, Qrız, Xaçmaz, Kürdəmir, Qazax, Şəmkir, Tovuz, Culfa, Xınalıq, Xızı, Bərdə, Neftçala, Biləsuvar, Yardımlı, Naxçıvan, Daşkəsən, Gəncə, Naftalan, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Hacıqabul, İmişli, Ağdam, Goranboyda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzuli rayonlarında isə qısamüddətli leysan xarakterli intensiv yağış yağıb.
Oktyabrın 22-də Gədəbəy rayonunun bəzi ərazilərinə xırda dənəli dolu düşüb.
Baxış sayı:24
Bu xəbər 23 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















