Icma.az
close
up
RU
“Şahdəniz” yatağında hasilat artır

“Şahdəniz” yatağında hasilat artır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında hasilatın artırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Elə müqavilə sahəsində quraşdırılacaq yeni kompressiya platforması (ŞDK) da bu qəbildən olan layihələrə aiddir. Məlumat üçün bildiririk ki, bu layihə yataqdan aşağı təzyiqli qaz ehtiyatlarının hasil edilməsini və maksimum qazvermə əmsalına nail olunmasını təmin etmək üçün dənizdə kompressor platformasının və əlaqədar qurğuların quraşdırılmasından ibarətdir.

Bu yaxınlarda Türkiyənin “Hareket Project Transportation” şirkəti ŞDK platformasının tikintisi üçün mühəndis-texniki, nəqliyyat və kran xidmətləri üzrə 11 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Bu barədə məlumat Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında yer alıb. “Dekabrın 4-də xüsusi bildirişimizə uyğun olaraq, şirkət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP-nin təbii qaz hasilatının artırılması üzrə birgə layihəsi çərçivəsində Bakıda dəniz kompressiya qurğusunun tikintisi üçün mühəndislik, nəqliyyat və kran xidmətlərinin göstərilməsi üzrə ikiillik müqavilə imzalayıb”, – deyə məlumatda bildirilib. 

Qeyd edək ki, 2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Sözügedən layihənin “Şahdəniz” yatağından, təxminən, 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

ŞDK layihəsi çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Bu nəhəng dəniz qurğusu suyun 85 metr dərinliyində, mövcud “Şahdəniz Bravo” platformasından, təxminən, 3 kilometr, “Şahdəniz Alfa” platformasından isə 10 kilometr məsafədə quraşdırılacaq. Üzərində dörd ədəd 11 meqavatlıq ­kompressor quraşdırılacaq platforma “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl yeni platformada kompressiya olunacaq.

Layihə “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarını, eləcə də Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri əhatə edir. Layihə çərçivəsində, həmçinin “Şahdəniz” müqavilə sahəsində bir sıra əlavə obyektlər quraşdırılacaq. Bunlara mövcud platformaların qaz ixrac xətlərinə birləşən yataqdaxili sualtı qaz boru kəmərləri, ŞDK platformasını enerji ilə təchiz etmək üçün Səngəçal terminalından çəkilən birləşdirilmiş elektrik və fiber-optik kabel xətti, “Şahdəniz-Bravo”dan yeni kompressiya platformasına birləşdirici ehtiyat elektrik və fiber-optik kabel xətti, eləcə də hasilat platformaları və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işlər daxildir. 

Artıq layihə üzrə tikinti işlərinə başlanıb. Bu məqsədlə Şahdəniz konsorsimu ilə “Azfen” şirkəti arasında 321 milyon dolları dəyərində müqavilə imzalanıb. Ümumilikdə isə, müqavilənin iş həcminə ŞDK platforması üçün 8 min 500 tonluq üst modullar blokunun inşası, montajı, quraşdırılması və inteqrasiyası daxildir. Tikinti işləri ölkə daxilində yerli infrastruktur və resurslardan istifadə etməklə “Azfen”in Bayıldakı tikinti-quraşdırma sahəsində həyata keçiriləcək. Üst modulların tikintisi işlərinin 2028-ci ilin sonuna başa çatacağı planlaşdırılır. Bu işlərə 90 faizdən əksəriyyəti yerli mütəxəssislər olmaqla 3 mindən artıq işçi qüvvəsi cəlb ediləcək. Tikinti-quraşdırma işlərinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə “Şahdəniz Alfa”dan, 2030-cu ildə isə “Şahdəniz Bravo”dan hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Yeri gəlmişkən, Azərbaycanı dünyanın potensial qaz ixracatçısına çevirmiş zəngin qaz-kondensat yatağı olan “Şahdəniz”dən ilk qazın hasilata başlamasından 19 il ötür. Ötən müddətdə yataqda hasilat fasiləsiz şəkildə davam edərək bir sıra ölkələrin təbii qazla təminatına, bütövlükdə, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə misilsiz töhfələr verib. 

“BP-Azərbaycan” şirkətinin məlumatına görə, 2025-ci ilin 9 ayı ərzində “Şahdəniz” layihəsi üzrə əməliyyat tədbirlərinə, təxminən, 1 milyard 836 milyon dollar, əsaslı işlərə isə 756 milyon dollar xərclənib. Həmin xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub. Hesabat dövründə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, eləcə də çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara təbii qazın çatdırılması davam etdirilib. Ümumilikdə isə, ilin 9 ayında yataqdan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformaları vasitəsilə, təqribən, 21 milyard kubmetr qaz və təxminən, 3 milyon ton kondensat çıxarılıb. 

Şirkətin hesabatına əsasən, cari ilin 3-cü rübündə “Şahdəniz-2” layihəsi çərçivəsində qərb-cənub cinahında qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etdirilib. “Xankəndi” sualtı tikinti gəmisi hazırda istismarda olan “Şahdəniz” yatağının 2-ci mərhələsi çərçivəsində sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə lazımi dəstək verib. Rüb ərzində gəminin ümumi yoxlama və texniki xidmət işləri, o cümlədən yan hərəkəti tənzimləyən qurğunun təmiri üçün quru doka daxil olmasına hazırlıq işləri başlanıb. “Xankəndi” gəmisi quru dokda olduğu müddətdə əməliyyatların davamlılığını təmin etmək məqsədilə ilk çağırış gəmisi kimi “Tofiq İsmayılov” dalğıc gəmisindən istifadə olunacaq.

Rüb ərzində “Şahdəniz Alfa” platformasının qazma qurğusu yenidən işlək rejimə gətirilib. Bununla yanaşı, “İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları “Şahdəniz-2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Bunun da nəticəsində “İstiqlal” qurğusu yatağın qərb-cənub cinahında SDF04 quyusunda işləri başa çatdırıb. “Heydər Əliyev” qurğusu isə şərq-şimal cinahında SDH04 quyusunun qazma işlərini bitirib və həmin cinahda SDH05 quyusunun qazma işlərinə başlayıb. Ümumilikdə isə, ötən müddətdə “Şahdəniz-2” layihəsi çərçivəsində 23 quyu qazılıb. 

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see209

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see207

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see206

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see204

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see199

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see198

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see193

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see188

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see182

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see179

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see178

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see176

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see173

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see173

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see170

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see170

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see161

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see153

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see152

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri