Icma.az
close
up
RU
Sahib Məmmədovun özünəməxsus kadr oyunları... AHİK də nələr baş verir?

Sahib Məmmədovun özünəməxsus kadr oyunları... AHİK də nələr baş verir?

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə bağlı daxil olan şikayətlərin ardı-arası kəsilmir.

Bu barədə Mia.az-ın elektron poçtuna göndərilən məlumata görə, AHİK-in yeni sədri Sahib Məmmədovun qurmağa çalışdığı yalnış idarəetmə, yerində olmayan bacarıqsız kadrların cəlb olunması, 1 milyondan artıq ittifaq üzvündə qıcıq yaratmaqdadır.

Məlumata görə, belə davam edəcəyi halda, bir çox sahələr üzrə kütləvi sürətdə həmkarlar ittifaqları üzvlüyündən çıxmaq tələbləri qaçılmaz olacaqdır: "Onu da xüsusi qeyd etmək istəyirik ki, Həmkarlar İttifaqları haqqında qanuna əsasən həmkarlar üzvü olmaq könüllük prinsipi əsasında mümkündür. Yəni, ittifaqda birləşmək istəməyən şəxslər, könüllü olaraq üzvlükdən çıxa bilər və əməkhaqqısından tutulan 2 % ödəmənin dayandırılmasını tələb edə bilər".

Məlumatda o da deyilir ki, 4 aprel 2025-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının konfransı keçirilib:

"Səs çoxluğu ilə Elkiyar Ziyadov Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Adil Atakişiyev isə sədrin müavini seçilib. Elkiyar Ziyadov İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. O, 26 oktyabr 2024-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) başlayıb, 2018-2021-ci illərdə şirkətin Sərmayələrdə Beynəlxalq Layihələrin Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi, 2021-2023-cü illərdə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi işləyib. Fotolarda göründüyü kimi, əvvəlki sədr Adil Atakişiyevi tələm-tələsik sədr vəzifəsindən uzaqlaşdıraraq, Elkiyar Ziyadovu sədr vəzifəsinə otuzduran Sahib Məmmədov, Konfederasiyaya üzv təşkilatları birbaşa öz nəzarətinə götürmək, bütün maliyyə və digər işləri birbaşa öz nəzarətinə götürməyə nail olur. Halbuki Elkiyar Ziyadovun mənəvi-psixoloji durumu yerində deyil.

Mədəniyyət Nazirliyi tərəfindən keçirilən və işçilərin kobud sürətdə əmək hüquqlarının pozulduğu bir vaxtda, mədəniyyət işçiləri kütləvi şəkildə "Həmkarlar"dan imdad dilədiyi bir zamanda, Elkiyar Ziyadov günlərlə iş yerində tapılmır. Sual olunur bəs hardadır?!

Çox gülməli və maraqlı məsələ budur ki,  Elkiyar Ziyadov 50 minə yaxın mədəniyyət işçisinin əmək hüquqlarını qorumalı olduğu halda, hələ də Sahib Məmmədovun müşaviri vəzifəsində qalaraq, Kurort Turizm İnformasiya Mərkəzinin direktoru vəzifəsini yerinə yetirir. Heç kəsə sirr deyil ki, yay dövründə Konfederasiyanın milyonlarla vəsaitinin dövriyyə etdiyi tək ünvan məhz “putyovka” alveridir. Elkiyar Ziyadovu əvəzolunmaz edən bu səbəb deyil ki?!".

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri