Icma.az
close
up
RU
Sahibə Qafarova Andrey Yatskin ilə görüşdü

Sahibə Qafarova Andrey Yatskin ilə görüşdü

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 
Bildirilib ki, görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlıq məsələləri, həmçinin COP29 çərçivəsində aparılan müzakirələr barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova iqlim dəyişikliyi ilə bağlı məsələlərin bütün dövlətləri narahat etdiyini qeyd edərək, Azərbaycanın COP29-a uğurla Sədrlik və ev sahibliyi etdiyi xatırladaraq, bu mühüm qlobal tədbirdə bütün maraqlı tərəflərin iştirakı ilə məhsuldar müzakirələr təşkil olunduğunu, artıq bəzi mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.
O, Rusiya tərəfinin həm COP29, həm də Parlament Görüşündə iştirakına görə təşəkkürünü bildirib.
Andrey Yatskin isə öz növbəsində COP29-un uğurlu təşkili münasibətilə təbriklərini çatdıraraq, bütün dünyanın Bakıda keçirilən bu qlobal tədbirə böyük maraq göstərdiyini söyləyib.
Söhbət zamanı qeyd edilib ki, iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlər də mühüm rol oynayır. Bu baxımdan Parlament Görüşünün təşkili xüsusi məna ifadə edir və parlamentlərin bu prosesdə iştirakının gücləndirilməsi, qarşılıqlı müzakirələr və diskussiyalar nəticəsində ortaq mövqeyin ifadə olunması üçün yaxşı platforma rolunu oynayır.
 

Görüşdə, həmçinin ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunaraq, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində mühüm rolu qeyd edilib.


Ölkələrimizin digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da əlaqələrin inkişaf etdiyi bildirilərək, parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığı təqdir edilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Noyabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri