Icma.az
close
up
RU
Sahibə Qafarova gürcü deputatlarla görüşdü FOTOLAR

Sahibə Qafarova gürcü deputatlarla görüşdü FOTOLAR

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin sədri Sahibə Qafarova bu gün ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Cebheinfo.az” xəbər verir ki, görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin əhəmiyyəti qeyd edilərək, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, xalqlarımızın həmişə bir-birinin yanında olduğu bildirilib. Vurğulanıb ki, Prezident İlham Əliyev də həmişə gürcüstanlı həmkarları ilə keçirdiyi görüşlərdə bu məsələləri xüsusi qeyd edir.

Milli Məclisin sədri Sahibə Qafarova, qonşu xalqlar olaraq, azərbaycanlıların və gürcülərin həmişə dostluq şəraitində yaşadıqlarını, bizi birləşdirən ortaq dəyərlərimizin olduğunu və bu dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə inkişaf edən münasibətlər fonunda parlamentlərimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub. Qeyd edilib ki, qanunverici orqanlarımız ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq edir. O cümlədən, beynəlxalq parlament təşkilatları çərçivəsində də qarşılıqlı dəstək mövcuddur. Spiker Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə bağlı məsələyə münasibətdə Gürcüstan nümayəndə heyətinin göstərdiyi dəstəkdən məmnunluğunu bildirib.

Görüşdə hər iki ölkənin parlamentinə seçkilərdən sonra yeni tərkibin fəaliyyətə başladığı və qarşıdakı dövrdə də əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyi vurğulanıb.

Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadze Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə təbriklərini çatdırıb. Qonaq, Prezident İlham Əliyevin tarixi şəxsiyyət olduğunu, onun rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini söyləyib.

O, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin salamlarını Milli Məclisin sədrinə çatdırıb.

Givi Mikanadze ölkələrimiz arasında böyük dostluq əlaqələrinin mövcud olduğunu, bəzi "dostlar"ın Azərbaycan və Gürcüstanın bir yerdə olmasından narahatlıq keçirdiyini söyləyib. O, Azərbaycanın Gürcüstana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qonaq, Gürcüstanda keçirilən həm parlament, həm də prezident seçkilərindən sonra ilk təbriklərin də Azərbaycandan gəldiyini qeyd edib.

Komitə sədri Azərbaycan və Gürcüstanın beynəlxalq müstəvidə də bir-birini dəstəklədiklərini vurğulayıb.

Söhbət zamanı ölkələrimizə qarşı mövcud olan ikili standartlara qarşı mübarizədə də birgə addımlamağın vacibliyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri