Icma.az
close
up
RU
Sahibə Qafarova Kolumbiya Universitetində çıxış edib

Sahibə Qafarova Kolumbiya Universitetində çıxış edib

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Milli Məclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri Kolumbiya Universitetində “Qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi: Parlament, davamlı inkişaf və Azərbaycanın iqlim gündəliyi” mövzusunda çıxış edib.
Newscenter.az xəbər verir ki, Milli Məclisin sədri çıxışında qlobal öhdəliklərin milli səviyyədə konkret siyasətə və fəaliyyətə çevrilməsinin vacibliyindən danışıb.
O, bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri qlobal xarakter daşısa da, onların reallaşdırılması, ilk növbədə milli səviyyədə həyata keçirilən siyasətdən, qanunvericilikdən və konkret layihələrdən asılıdır. Bu baxımdan, qlobal hədəflərin milli prioritetlərlə uzlaşdırılması və əldə olunan nəticələrin davamlılığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, Azərbaycanın dayanıqlı inkişaf siyasətinə uyğun olaraq, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının inkişafı, təhsil və innovasiyaların təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Çıxışda insan amilinin dayanıqlı inkişafın əsasını təşkil etdiyi vurğulanıb. Təhsilin, peşə bacarıqlarının inkişafının, layiqli əməyin, bərabər imkanların və gənclərin proseslərdə fəal iştirakının əhəmiyyətinə diqqət çəkilib.
Bildirilib ki, parlamentlər qlobal öhdəliklərin milli səviyyədə icrasında mühüm rol oynayır. Qeyd edilib ki, parlamentlərin qanunvericilik, büdcə və nəzarət funksiyaları Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əlverişli hüquqi və institusional çərçivənin formalaşdırılmasına imkan yaradır.
Çıxışda Azərbaycanın iqlim gündəliyinə də toxunularaq, enerji, iqlim və inkişaf arasında əlaqənin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Ənənəvi enerji resurslarının iqtisadi inkişafda mühüm rolunu qoruduğu, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinin və enerji keçidinin sürətləndirilməsinin də Azərbaycanın əsas prioritetlərindən olduğu bildirilib.
Məruzədə Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi çərçivəsində iqlim hədəflərinə diqqət çəkilərək, 2035-ci ilədək istixana qazı emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaldılmasının nəzərdə tutulduğu bildirilib. Bu hədəflərin həyata keçirilməsində qanunvericilik bazasının təkmilləşdirilməsinin və parlament nəzarətinin əhəmiyyəti vurğulanıb.
Çıxışda 2024-cü ildə Bakıda keçirilən COP29 iqlim konfransının yekunlarına və qlobal öhdəliklərin icra mexanizmlərinə toxunularaq, beynəlxalq ambisiyaların praktiki vasitələrlə dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.
Parlamentlərin bu prosesdəki rolu barədə danışan Milli Məclisin sədri deyib ki, beynəlxalq sazişlər prosesin sonu deyil, yalnız başlanğıcıdır. Spiker bildirib ki, hökumətlər beynəlxalq danışıqlar aparsa da, qəbul edilən qərarlar daxildə fəaliyyət tələb edir. Bu baxımdan, parlamentlərin qanunvericilik, büdcə təhlili və nəzarət funksiyaları ictimai resursların səmərəli istifadəsini təmin etməkdə həlledici əhəmiyyət daşıyır. O, COP29 çərçivəsində Parlamentlərarası İttifaq (PAİ) və Milli Məclisin Bakıda təşkil etdiyi Parlament Toplantısının bu təcrübə mübadiləsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Azərbaycanın inkişaf yolu və dayanıqlı gələcək barədə danışan Milli Məclisin sədri bildirib ki, ölkənin təmiz enerjiyə keçidi və iqtisadi şaxələndirilməsi davamlı investisiya, güclü insan kapitalı və innovasiya tələb edir. Qeyd olunub ki, bu transformasiyanı həyata keçirmək üçün hökumət, biznes, universitetlər və vətəndaş cəmiyyəti güclərini birləşdirməlidir.
Çıxışına yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bugünkü öhdəlikləri gələcək nəsillər üçün praktiki və faydalı nəticələrə çevirməyin əsas məqsəd olduğunu bildirib.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Sentyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri