Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Sahibə Qafarova: Ötən 65 il ərzində Qoşulmama Hərəkatı mühüm platformaya çevrilib

Sahibə Qafarova: Ötən 65 il ərzində Qoşulmama Hərəkatı mühüm platformaya çevrilib

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiyada işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri tədbirdə çıxış edib.
Newscenter.az xəbər verir ki, spiker çıxışının əvvəlində bu əlamətdar tədbirlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb. Sonra Milli Məclisin sədri bildirib ki, 65 il əvvəl Qoşulmama Hərəkatı bir sıra dövlətləri müstəqilliyini, suverenliyini və öz gələcəyini müəyyən etmək hüququnu qorumaq kimi ortaq məqsədlər ətrafında birləşdirib. Bu təşkilatın təsis edilməsindən ötən müddətdə beynəlxalq münasibətlər sistemi əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Lakin Hərəkatın əsasını təşkil edən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və bərabərliyinə hörmət, daxili işlərə qarışmamaq, ədalət, dinc yanaşı yaşamaq və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prinsipləri bu gün də beynəlxalq münasibətlər sistemində sabitliyin və ədalətli dünya nizamının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin sədri qeyd edib ki, ötən 65 il ərzində Qoşulmama Hərəkatı üzv dövlətlərin ortaq maraq və məramlarının irəlilədilməsi, habelə qlobal çağırışların həllinə kollektiv töhfə verilməsi üçün mühüm platformaya çevrilib.
Bildirilib ki, Qoşulmama Hərəkatının əsas prinsipləri Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşır və bu prinsiplər Azərbaycanın 2019–2024-cü illərdə Hərəkata sədrliyi dövründə də rəhbər tutulub.
Parlamentin sədri bildirib ki, 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın Bandunq Prinsiplərinə, beynəlxalq hüquqa və ədalətə sadiqliyini, habelə Hərəkatın birliyinin, həmrəyliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.
Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə Hərəkatın üzv dövlətləri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirildiyini, Qoşulmama Hərəkatının, BMT-nin yüksək səviyyəli görüşlərinin keçirilməsi təşəbbüsünün irəli sürüldüyünü, COVID-19 pandemiyasına və onun nəticələrinə qarşı əlaqələndirilmiş beynəlxalq reaksiyanın formalaşdırılmasına töhfə verildiyini bildirib. Qeyd edilib ki, Azərbaycan 80-dən artıq dövlətə maliyyə və humanitar yardımı göstərib, onları texniki dəstək və təhsil qrantları ilə təmin edib. Spiker eyni zamanda Hərəkatın institusional inkişafına xüsusi diqqət yetirildiyini və onun nəsillər və təsisatlar arasında iştirakını genişləndirdirməyə xüsusi diqqət yetirildiyini bildirib.
O, 2022-ci ildə qərargahı Bakıda yerləşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasını da xüsusi qeyd edib. Bildirilib ki, Təşkilatın fəaliyyətinin genişlənməsi gənclərin Hərəkatın dəyərlərinin və məqsədlərinin təşviqində daha fəal rol oynamasına imkan yaradır.
Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinə də diqqət çəkib. Qeyd edib ki, 2021-ci ildə yaradılan Parlament Şəbəkəsinin fəaliyyəti ötən dövrdə əhəmiyyətli dərəcədə inkişaf edib, beş konfrans keçirilib, mühüm institusional qərarlar qəbul olunub və Şəbəkənin qərargahının Bakıda yerləşdirilməsi təmin edilib.
Spiker bildirib ki, bu gün Şəbəkə Qoşulmama Hərəkatının üzvü olan 71 ölkənin parlamentini bir araya gətirir. Bu, parlamentlərimizin Bandunq Prinsiplərinin həyata keçirilməsinə töhfə vermək və parlament diplomatiyası vasitəsilə dialoqu, sülhü, ədaləti və davamlı inkişafı təşviq etmək əzmini əks etdirir.
Çıxışına yekun vuran Milli Məclisin sədri Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifələrin onun birliyinin və həmrəyliyinin qorunması, beynəlxalq səsinin gücləndirilməsi, sülhə, davamlı inkişafa və daha ədalətli, bərabərhüquqlu dünya nizamına töhfəsinin artırılması olduğunu bildirib.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Sentyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri