Icma.az
close
up
RU
Sahibə Qafarova: “Parlamentdə qadın deputatların sayı artıb”

Sahibə Qafarova: “Parlamentdə qadın deputatların sayı artıb”

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Milli Məclis və məhkəmə sistemi arasındakı münasibətlər əməkdaşlıq xarakteri daşıyır.
Məhkəmə islahatlarına dair təşəbbüslər tez-tez parlamentdə müzakirə olunur, təkmilləşdirilir və təsdiq edilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamnetdə Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının iştirakçıları ilə görüşü zamanı deyib.
O bildirib ki, sonuncu parlament seçkiləri azərbaycanlılar üçün tarixi əhəmiyyətə malikdir:
“Milli Məclisin hazırkı (VII) 2024-cü ildə sentyabr ayında keçirilmiş seçkilər nəticəsində formalaşıb. Bu seçkilər müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazilərində keçirilib.
Bildiyiniz kimi, Azərbaycanın ərazisinin 20 faizi 30 il ərzində Ermənistanın işğalı altında idi.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentybarda keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilib və dövlətimizin suverenliyi bütün ərazimizdə bərpa olunub. Buna görə də bu seçki azərbaycanlılar üçün tarixi əhəmiyyətə malikdir”.
Onun sözlərinə görə, parlamentdə qadın deputatların sayı artıb:
“11 siyasi partiyanın nümayəndələri bir palatalı parlamentə seçiliblər. Parlamentin deputat mandatlarının əksəriyyəti cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına məxsusdur. 41 üzv müstəqildir. 125 parlament üzvündən 26-sı qadındır. Bu, əvvəlki dövrlərlə müqayisədə qadınların sayının artdığını göstərir”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see344

“İnsanyuyan” satışa çıxarıldı Fotolar

29 Noyabr 2025 08:07see183

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see172

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see167

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see166

Göygöldə “BMW” alışıb yandı Fotolar+Video

29 Noyabr 2025 07:20see156

Zəngəzur dəhlizi Cənubi Qafqazın güc xəritəsini yenidən cızır TƏHLİL

29 Noyabr 2025 09:09see154

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see150

“Aristokrat” klinikasında QALMAQAL KONKRET

29 Noyabr 2025 09:10see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see135

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see134

ABŞ bütün sığınacaq müraciətlərinə baxışı dayandırıb

29 Noyabr 2025 08:22see134

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see133

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Tanınmış türk məşqçi Azərbaycanda işləmək istəyir

29 Noyabr 2025 08:27see132

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see131

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see129

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see129

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see129

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri