Sahibə Qafarova Sadır Japarov ilə görüşüb
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sadır Japarov ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı Qırğızıstan-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, energetika və nəqliyyat sahələrində gələcək inkişaf perspektivləri müzakirə olunub.
Prezident Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayaraq, əldə olunmuş razılaşmaların, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin ölkələr arasında əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Öz növbəsində, Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident Sadır Japarova çatdırıb.
Milli Məclisin sədri ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin dinamik inkişaf etdiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Sadır Japarov Sahibə Qafarovanı qəbul edib
20 Oktyabr 2026 14:11
Sadır Japarov Paşinyanla görüşüb
07 Avqust 2026 11:04
Sahibə Qafarova Matviyenko ilə görüşüb
21 Noyabr 2024 21:00
Ərdoğan Sahibə Qafarova ilə görüşüb
18 Dekabr 2024 17:55
Kavelaşvili Sahibə Qafarova ilə görüşüb
16 Aprel 2025 17:23
Baxış sayı:61
Bu xəbər 20 Oktyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















