Icma.az
close
up
RU
Sahibə Qafarova Venesuela Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova Venesuela Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikası Milli Assambleyası sədrinin müavini, Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Amerika Valentina Peres Davila ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib. Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu, əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Qeyd edilib ki, qarşılıqlı səfərlər bu imkanların müzakirəsi baxımından faydalıdır. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən ali və yüksək səviyyəli səfərlərin müstəsna rolu diqqətə çatdırılıb.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli şəkildə əməkdaşlıq etdiyi bildirilib, BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə edilib. Qoşulmama Hərəkatında ölkəmizin sədrliyi dövründə Azərbaycan hökuməti tərəfindən irəli sürülən bütün təşəbbüslərin Venesuela tərəfindən dəstəkləndiyi vurğulanıb.
Görüşdə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez Qomezin salamlarını Milli Məclisin sədrinə çatdıran qonaq, ölkəsinin Azərbaycanla münasibətlərə önəm verdiyini qeyd edib.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrinin genişləndirməsində ölkələrin ali qanunvericilik orqanlarının müsbət rolu qeyd edilərək, parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu çərçivədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qrupları arasında münasibətlərin, qarşılqlı səfərlərin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin institusional inkişafı, təşkilatın məqsədlərinin həyata keçiriıməsi istiqamətində görülən işlər barədə məlumat verib. Venesuela Milli Assambleyası sədrinin müavini Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib, ölkəsinin Şəbəkənin işində fəal iştirak etdiyini söyləyib.
Görüşdə qlobal iqlim dəyişiklikləri və onun yaratdığı problemlərin inkişaf etməkdə olan ölkələrə böyük təsirləri barədə də fikirlər səsləndirilib. Qonaq Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə uğurlu evsahibliyi ilə bağlı təbriklərini çatdırıb.
Söhbət zamanı Milli Məclisin sədri, həmçinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən və suverenliyini bərpa etməsindən sonra regionda mövcud olan vəziyyət barədə də məlumat verib. O, Ermənistanın işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlının uzun illər ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını, bu gün keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtdıqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri