Sahibə Qafarova: “Xalqımız bütün sahələrdə heyrətamiz uğurlar qazanıb”
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və suverenlik ili” elan edilib. Prezidentin bu qərarı xalqımızın və dövlətimizin konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir”.
Bizim.Media xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Xalqımız konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə gedərək cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrətamiz uğurlar qazanıb. İlham Əliyevin rəhbərliyi ilə 44 Günlük Vətən müharibəsində və antiterror əməliyyatında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması xalqımızın və dövlətimizin həyatında müstəsna əhəmiyyətli hadisə olub.
Bu hadisə həm də ölkəmizin bütün ərazilərində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin edib.
İnamla demək olar ki, Konstitusiya və suverenlik ili milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə töhfə verərək ölkə vətəndaşlarının gələcəyə birgə baxış əsasında daha sıx birləşməsinə kömək göstərəcək. Azərbaycanın konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə bağlılığı beynəlxalq birliyin məsuliyyətli və tərəqqipərvər üzvü kimi onun nüfuzunu daha da yüksəldəcək”, - deyə sədr bildirib.
Bizim.Media
Baxış sayı:120
Bu xəbər 29 Dekabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















