Icma.az
close
up
RU
Sahibə Qafarova Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb

Sahibə Qafarova Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29 çərçivəsində Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Zimbabve Milli Assambleyasının sədri Yakob Mudenda ilə görüşüb. SİA xəbər verir ki, Parlament Görüşündə iştirakına görə qonağa təşəkkür edən spiker Sahibə Qafarova xatırladıb ki, Zimbabve Prezidenti Emmerson Mnanqaqva da COP29-da iştirak edib. Onun sözlərinə görə, bu, Zimbabvenin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini göstərir.Parlament Görüşünün uğurla başa çatdığını qeyd edən Milli Məclisin sədri deyib ki, iclasın yekunu olaraq qəbul edilmiş yekun sənəd iqlim dəyişikliyi məsələsində bizim ümumi mövqeyimizi əks etdirir. Vurğulanıb ki, belə beynəlxalq tədbirlər həm də görüşmək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı əldə etmək baxımından da vacibdir.Yakob Mudenda həm COP29, həm də Parlament Görüşünün çox uğurla təşkil olunması münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın evsahibliyi ilə keçirilən bu mühüm qlobal tədbirə beynəlxalq marağın böyük olduğunu bildirib. O, COP29 çərçivəsində keçirilən müzakirələrdə az inkişaf etmiş ölkələrə dəstək göstərilməsi ilə bağlı çağırışların vacib olduğunu söyləyib.Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq məsələləri də müzakirə olunub. Bildirilib ki, Azərbaycan Afrika dövlətləri ilə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına sadiqdir. Zimbabve də onlardan biridir. Ölkələrimiz arasında müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində güclü siyasi əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Bu da öz növbəsində digər sahələrdə də əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaradır.Söhbət zamanı Zimbabvenin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində daha fəal iştirak etməsinin önəmi qeyd edilib. Vurğulanıb ki, bu şəbəkə müxtəlif ölkələrin qanunvericilərinə geniş mövzular üzrə əhəmiyyətli müzakirələr aparmaq üçün əvəzolunmaz platforma təqdim edir.Milli Məclisin sədri Sahibə Qafarova regionda mövcud olan vəziyyət haqqında da məlumat verib. Qeyd edilib ki, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən Azərbaycana qarşı təzyiq cəhdləri və qarayaxma kampaniyaları həyata keçirilib. O, xüsusilə COP29 ərəfəsində bu cəhdlərin daha da genişləndiyini bildirib. Spikerin sözlərinə görə, iqlim dəyişiklikləri ilə bağlı məsələlər bütün dünyanı narahat edir və hər kəs bu məsələlərin həllinə töhfə verməlidir.Sahibə Qafarova həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yaşıl enerji layihələri, "ağıllı şəhər" "ağıllı kənd" konsepsiyaları əsasında görülən işlər barədə də qonağa məlumat verib.Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri