Icma.az
close
up
RU
Sahibini gözləyən kreslolar SİYAHI

Sahibini gözləyən kreslolar SİYAHI

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda dövlət idarəetmə strukturlarında mütəmadi olaraq kadr islahatları aparılır. Bunun nəticəsidir ki, bir sıra yüksək vəzifələri tutan məmurlar vəzifələrindən azad olunublar. Onlardan bəziləri başqa vəzifələrə təyin olunsalar da, birdəfəlik kreslosu ilə vidalaşanlar da az deyil.
Maraqlıdır ki, bir sıra məmurlar vəzifələrindən azad edilsələr də, onların yerinə hələlik təyinat olmayıb.
Turkustan.az Bizim.Media-ya istinadla boş qalan məmur kreslolarının siyahısını təqdim edir:
Ekologiya və təbii sərvətlər naziri

2018–2025-ci illərdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri ola Muxtar Babayev bu ilin fevralında vəzifəsindən azad edilib. O, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Lakin ekologiya və təbii sərvətlər naziri vəzifəsinə hələlik yeni təyinat olmayıb.
Qax rayonunun icra başçısı

Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən 21 iyun 2025-ci il tarixində həbs edilib. Bundan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Şəkiliyev vəzifəsindən uzaqlaşdırılıb.
Culfa rayonunun icra başçısı

Culfa rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev ötən ilin avqust ayında vəzifədən azad edilib. Hələlik onun yerinə heç kim təyin edilməyib.
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin İdarə Heyətinin sədri

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov ötən ilin sentyabrında vəfat edib. O, İstanbulda ürək əməliyyatı keçirəndən sonra həyatını itirib. Köçərli Həsənovdan sonra sözügedən vəzifəyə təyinat olmayıb. Lakin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədrlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.
Nəsimi rayonunun icra başçısı

Nəsimi Rayon İcra Hakimiyyətinin sonuncu başçısı Asif Əsgərov olub. O, 2024-cü ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində Milli Məclisin deputat seçilib. Prezident İlham Əliyevin sərəncamı ilə Asif Əsgərov vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.
Naxçıvan MR Ali Məclisinin sədri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin kreslosu da bir neçə ildir ki, boşdur. Vasif Talıbov 21 dekabr 2022-ci il tarixdə bu vəzifədən istefa verib.
Dövlət Dəniz Akademiyasının rektoru

Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib. O, oktyabrın 27-də vəzifəsindən azad edilib.
DSX Akademiyasının rəisi

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov bu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.
Ağdərə rayonunun icra başçısı
Başçısı olmayan qurumlardan biri də Ağdərə Rayonun İcra Hakimiyyətidir. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri