Sahibkarlar silahlanmağa başlayıblar Fransa polisinə etimad AZALDI
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Fransada mağaza və kafe sahibləri həftəsonu yeni iğtişaş dalğasının baş verəcəyini gözləyərək silahlanmağa başlayıblar. Onlar artıq polisə etibar etmədiklərini bildirirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.
Məlumata görə, Parisdə bibər geli olan özünümüdafiə vasitələrinə tələbat 8–10 dəfə artıb.
İnsanlar qaz balonları və tapança formasında olan daha güclü vasitələri kütləvi şəkildə alırlar. Bu cihazlar tənəffüsü çətinləşdirən və göz yaşına səbəb olan qıcıqlandırıcı maddə püskürdür.
Silah mağazalarından birinin sahibi bildirib ki, hücum edən şəxsin başında dəbilqə olsa belə, gel onun altına nüfuz edə, paltarına hopa və həmin şəxsi zərərsizləşdirə bilər.
Fransa mediası Ticarət və Sənaye Palataları Assosiasiyasının rəhbəri Alen Di Kreşensonun açıqlamasına istinadən yazır ki, mağaza sahibləri obyektlərinə özəl mühafizə xidmətləri də cəlb edir, beysbol dəyənəkləri, linglər və ov tüfəngləri hazırlayırlar.
“Düşünmürəm ki, həmin tüfənglər yalnız rezin güllələrlə doldurulub”, – deyə Di Kreşenso bildirib.
Bizim.Media
Baxış sayı:62
Bu xəbər 23 Oktyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















