Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Fərdi sahibkarlar və hüquqi şəxslər bundan sonra sima.az saytının Kabinetim bölməsində digər şəxslərə müddətsiz imza səlahiyyəti verə bilərlər. Yeni funksiya sahibkarlara vergi, gömrük, bank və digər biznes əməliyyatlarını onların adından icra edəcək şəxsləri tam rəqəmsal qaydada təyin etməyə imkan verir.
Bakıvaxtı.az xəbər verir ki, səlahiyyətin verilməsi üçün Kabinetim bölməsində müvafiq şəxsin FİN kodunu daxil etmək və ona uyğun rol təyin etmək kifayətdir. Səlahiyyət ötürülən şəxsin sahibkarın müəssisəsində çalışması tələb olunmur: sahibkar imza hüququnu həm öz əməkdaşına, həm də əməkdaşlıq etdiyi digər şəxslərə həvalə edə bilər. Əsas şərt həmin şəxsin müəssisənin VÖEN-i üzrə SİMA-nın biznes imza sertifikatına malik olmasıdır.
Verilən səlahiyyət müddətsizdir və sahibkar onu istənilən vaxt ləğv etmək hüququna malikdir.
Qeyd edək ki, biznes imza sertifikatını SİMA İmza tətbiqində onlayn şəkildə əldə etmək olar. İmzanı ilk dəfə əldə edən şəxslər 6AYPULSUZ promokodundan yararlanaraq, imzadan ilk 6 ay ərzində ödənişsiz istifadə edə bilərlər.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. SİMA İmza istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Biznes imzasının əldə edilməsi zamanı abunə haqqından başqa heç bir gizli və əlavə xərc yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 19 Oktyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















