Icma.az
close
up
RU
Sahibkarlar üçün yeni güzəştlər qüvvəyə minir

Sahibkarlar üçün yeni güzəştlər qüvvəyə minir

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qeyri-neft məhsulları ixracatçılarının gömrük və daşınma xərclərinin bir hissəsi dövlət hesabına kompensasiya ediləcək

Sentyabrın 1-dən etibarən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı sahibkarların qarşılaşdığı gömrük rəsmiləşdirilməsi və daşınma xərclərinin bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya ediləcək. Dövlət başçısının “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərmanına uyğun olaraq, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ixracatçıların daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq, bəzi gömrük rəsmiləşdirilməsi xərcləri isə kompensasiya olunacaq. Sahibkarlara ödəniləcək dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən ediləcək.

Daşıma xərclərinin subsidiyalaşdırılması dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobillərlə həyata keçirilən daşımalar üçün nəzərdə tutulub. Xaricdə qeydiyyatda olan avtomobillərdən istifadə zamanı isə dövlət dəstəyi 50 faizədək olacaq. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə verilən kreditlərin əsas borcunun 90 faizədək, digər regionlarda isə (Bakı və Abşeron istisna olmaqla) 50 faizədək hissəsinə dövlət zəmanəti təqdim olunacaq.

Ümumilikdə, ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödəniləcək. Yeni mexanizm, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların xərclərinin azaldılmasına və Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına yönəlib.

Naxçıvanın qeyri-neft istehsalçılarına dəstəyi

Hökumət qeyri-neft sektorunun inkişafını prioritet hesab edir və ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin, qlobal tədarük zəncirindəki qırılmaların və xarici bazarlardakı qeyri-sabitliyin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması məqsədilə belə bir addım atır. Həmçinin ölkənin strateji iqtisadi suverenliyinin təmin edilməsi baxımından neftdənkənar sahələrin inkişafının xüsusi əhəmiyyət daşıdığı nəzərə alınaraq yerli malların xarici bazarlara çıxış imkanlarını daha da gücləndirmək istəyir. Ancaq bir sıra amillər, xüsusilə də logistik xərclərin yüksəkliyi istehsal edilən malların ölkənin digər ərazilərinə daşınmasına mane olur. Yerli qeyri-neft-qaz mallarının ənənəvi bazarlardan kənar yeni və alternativ xarici bazarlara yönəldilməsi zamanı yaranan yüksək nəqliyyat-daşıma xərcləri ixracatçıların rəqabət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Logistik zəncirin mürəkkəbliyi və uzaq məsafəli daşımaların malın maya dəyərindəki xüsusi çəkisinin yüksək olması ixracın mallar üzrə və coğrafi şaxələndirilməsinə maneə yaradan amillərdən biridir. Bu isə nəticə etibarilə qeyri-neft-qaz mallarının ümumi ixracdakı payının potensial imkanlardan aşağı qalmasına səbəb olur. Bu məqsədlə qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması üçün biznesə xüsusi dəstək və güzəştlərin verilməsi nəzərdə tutulur.

Güzəşt mexanizmi Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarına da şamil ediləcək. Belə ki, Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması zamanı çəkilən xərclərin 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya olunacaq. Kompensasiyanın məbləği məhsulun növündən, ixrac edildiyi ölkədən və müəyyən edilmiş yuxarı həddən asılı olacaq. Yeni güzəştlər 1 sentyabr 2026-cı ildən etibarən 10 il müddətində tətbiq ediləcək.

Güzəştlər qeyri-neft ixracını artırır

Yeni dəstək mexanizmi regionlarda investisiya fəallığının artmasına, sahibkarların maliyyə yükünün azalmasına və qeyri-neft-qaz sektorunun inkişafına və ixracın artmasına əlavə stimul verəcək.

Ümumilikdə, hökumətin yeni güzəştləri qeyri-neft ixracının artmasına hesablanmış siyasətin tərkib hissəsi kimi səciyyələndirilə bilər. Son illərdə  dövlət tərəfindən qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilib. İxracla məşğul olan biznes subyektlərinə müxtəlif güzəştlər, o cümlədən vergi-gömrük güzəştləri tətbiq olunub, ixrac təşviqi sənədi üzrə maliyyə yardımı göstərilib, habelə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəkləri verilib. Bundan başqa, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilib. Həmin dəstəkləyici və stimullaşdırıcı tədbirlər sayəsində son 5 ildə qeyri-neft ixracı 50 faizdən çox artıb.

Yeri gəlmişkən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artaraq 2,5 milyard dollar təşkil edib. İxracda  aqrar məhsullar 22,1 faiz artaraq 673,4 milyon dollara, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8 faiz artaraq 223,1 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8 faiz artaraq 896 milyon dolları ötüb.

İxrac edilmiş qeyri-neft sektoruna aid malların əsas bazarı Rusiya Federasiyası (731,7 milyon dollar) və Türkiyə (390,6 milyon dollar) olub. Gürcüstana isə 328,1 milyon, İsveçrəyə 251,6 milyon, Ukraynaya 85 milyon dollar dəyərində qeyri-neft malları ixrac olunub.

“Milli ixrac strategiyası” - qeyri-neft ixracının hədəf xəritəsi...

Azərbaycanın qarşısında duran müasir iqtisadi çağırışlardan biri ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, Avropa, Asiya və digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində mövqeyinin gücləndirilməsidir. Bu məqsədlə ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə ixrac potensialının daha da yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Həmin hədəflərə çatmaq üçün yeni sənəd - “Milli ixrac strategiyası” hazırlanıb. Sənəd 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir. Strategiyaya əsasən, 2030-cu ilədək qeyri-neft ixracının illik 13-15 faiz artımla 7-8 milyard dollara çatdırılması planlaşdırılır. Qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına düşən həcminin 350 dollardan 700 dollara çatdırılması hədəflənib.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Sentyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri