Sahibkarlara Rəqabət Məcəlləsinin tətbiqi barədə maarifləndirici seminar keçirilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qida, qeyri-qida, tikinti, hasilat, yanacaq istehsalı və satışı, rabitə və telekommunikasiya sahələrində fəaliyyət göstərən bir sıra təsərrüfat subyektləri nümayəndələrinin iştirakı ilə növbəti maarifləndirici seminar keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov açılış nitqi ilə, Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı isə “Hökmran mövqedən sui-istifadə hallarına qarşı nəzarətin və tənzimləmənin həyata keçirilməsi” mövzusunda təqdimatla çıxış edib.
Seminarda Rəqabət Məcəlləsinin qəbul olunmasının əhəmiyyəti, iqtisadiyyatda sağlam və davamlı rəqabət mühitinin formalaşdırılmasında Məcəllənin rolundan bəhs edilib, biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, eləcə də milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasının vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində “hökmran mövqe” anlayışının mahiyyəti, hökmran mövqedən sui-istifadə halları, bu halların aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri, eləcə də məsuliyyət tədbirləri barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 11 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















