Icma.az
close
up
RU
Sahibkarlara şad xəbər: bundan azadsınız Deputat şərti açıqladı

Sahibkarlara şad xəbər: bundan azadsınız Deputat şərti açıqladı

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, bu ildən Azərbaycanda “üfüqi monitorinq”in tətbiqinə start verildi. Yeni monitorinq vergi risklərini vergi orqanına əvvəlcədən açıqlamaq imkanı yaradır. Bu isə o deməkdir ki, səyyar vergi yoxlamalarının keçirilməsi yalnız istisna hallarda mümkün olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu deputat, iqtisadçı Vüqar Bayramov deyib.

O qeyd edib ki, yeni qaydalar səyyar yoxlamaların sayını daha da minimumlaşdıracaq:

“Bütövlükdə, son illər səyyar yoxlamaların sayının azalması müşahidə olunur. Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29%, 2018-ci ilə nisbətən isə 5 dəfə azalıb.

Yeni monitorinqdə vacib məqamlardan biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır. Dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanına açıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə – 25% maliyyə sanksiyası tətbiqi nəzərdə tutulur”.

Millət vəkili bildirib ki, vergi orqanı “üfüqi monitorinq”in əhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektron formada izləyəcək:

“Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmi ilə vergi risklərinin azaldılmasıdır. Maliyyə intizamının və korporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək “üfüqi monitorinq” iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı azalan qalıq və ya düz xətt metodu ilə hesablamaq seçiminin verilməsi də nəzərdə tutulur. Avtomatlaşdırılmış uçotu aparan və daxili nəzarət sisteminin tətbiq edən orta və iri sahibkarlar “üfüqi monitorinq”ə qoşula bilərlər. Bu, həmçinin orta və iri ödəyicilərlə vergi orqanları arasında şəffaf əməkdaşlıq mexanizmi kimi xarakterizə olunur”.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri