Sahibkarlara XƏBƏRDARLIQ! Bu ödənişləri edənlər cərimələnəcək VİDEO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
15 min manatdan artıq olan ödənişləri nağd həyata keçirən vergi ödəyiciləri cərimələnəcək.
Bizim.Media xəbər verir ki, bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Millət vəkili Azər Badamov bildirib ki, nağd ödənişlərin həcmi indiki təkliflə 3 kateqoriyaya bölünüb.
Azər Badamov qeyd edib ki, qiymətli daşların, qiymətli metalların alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.
Bu sanksiya avtomobil satışı zamanı tətbiq edilməyəcək.
Yeni qaydaları pozanlara aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.
Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
Baxış sayı:142
Bu xəbər 29 Noyabr 2024 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















