“Sahibsiz heyvanlar təhlükə yaradır” Leyla Əlizadə Gürcüstan təcrübəsini tövsiyə edir
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Ötən il Azərbaycanda 48 min 446 nəfər heyvan dişləməsi və cırmaqlanmasına məruz qalıb. Bu barədə Report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, xəsarət alanların böyük hissəsi it dişləmələri ilə bağlı olub və bu səbəbdən 32 min 194 nəfər zərər çəkib. Məlumata görə, keçən il ərzində insanlar arasında bir quduzluq hadisəsi qeydə alınıb.
Ölkədə, yaxud konkret paytaxtda sahibsiz itlərin sayı nə qədərdir, belə bir statistika yoxdur. Amma sahibsiz heyvanların insanlara hücumu, it dişləmələrinin sayı belə qənaət yaradır ki sahibsiz heyvanların sayı təqribən 50 mindir.
Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə “Sherg.az” bildirdi ki sahibsiz heyvanlarla bağlı Gürcüstan təcrübəsi əsas götürülməlidir:
- Gürcüstanda sahibsiz heyvanlarla bağlı qanuna dəyişikliklər edilib və qaydalar sərtləşdirilib. Ekologiya Nazirliyinə tapşırılıb ki, itlərin yetişdirilməsinə moratorium və onların həddindən artıq populyasiyasını azaltmaq üçün proqram hazırlasınlar. Bu ilin mart ayında Gürcüstan hökuməti heyvanların qeydiyyatı, identifikasiyası, sterilizasiyası və yetişdirilməsi qaydalarını təsdiqləyəcək, həm də baytarlıq klinikaları və sığınacaqları üçün qaydaları yeniləyəcək. 2027-ci ildən etibarən böyük cərimələr tətbiq olunacaq. Vətəndaşın saxladığı it sterilizasiya olunubmu, quduzluğa qarşı peyvənd edilibmi, icazəsiz yetişdirməyə görə 5000 lari cərimə tətbiq olunacaq. İti sahiblənib sonra küçəyə atanlar da 5000 lari cərimələnəcəklər. Orda bir çox maddələr var, mən bir neçəsini xatırlatdım. Bilirsiz, məsələ belədir, sahibsiz heyvanların qorunması, təhlükəsizliklərinin təmini, insanların qorunacağı deməkdi. Küçədə peyvənd olunmamış, quduzluğa qarşı vaksin vurulmamış, ac, yorğun itlər dolaşırsa, onlar qəzəbli, aqressiv olurlar. Buna görə də insanlara hücum edirlər. Çünki qida axtarırlar, yemək istəyirlər. Onların daldalanacağı, qidalanacağı sığınacaqlar olmalıdır və kütləvi populyasiyanın qarşısı alınmalıdır ki, küçə it və pişiklərinin sayı nəzarətsiz şəkildə artmasın. Küçələrdə nə qədər ac it, pişik var. İlk növbədə sterlizasiya aparılmalıdır ki, törəmə azalsın. Qalanlar da doyuzdurulsun, peyvənd olunsun. Təhlükə olmasın.
L.Əlizadə qeyd etdi ki, bəzən küçədə yaxşı bəsləndiyini bilinən cinc itlərə, pişiklərə də rast gəlinir:
- Onlara baxanda bilirsən ki evdə bəslənib, sahibi olub, amma indi küçədədir. Bunun qarşısı alınmalıdır. Heyvanları əvvəlcə sahiblənib sonra küçəyə atanlar cərimələnməlidir, Gürcüstanda olduğu kimi. İnsanlarımız cəmiyyətə qarşı məsuliyyətli olmağı öyrənməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 14 Yanvar 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















