Sahibsiz itlər professoru parçalayıb
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ankarada gəzintidən sonra evə dönən professor Meliha Yılmaz sahibsiz itlərin hücumuna məruz qalıb. Ayaqları və üzü parçalanan və qonşuları tərəfindən xilas edilən Yılmaz xəstəxanaya yerləşdirilib.
Reyting.az xəbər verir ki, küçə itləri, Qazi Universitetinin professoru Meliha Yılmazın ayaqlarına və üzünə xəsarətlər yetiriblər.
“Əvvəlcə bir it yaxınlaşdı. Sakitliyimi saxladım, amma dəli kimi göründü. Hürməyə başladı. Sol tərəfdən başqa it də gəldi. Bundan sonra meşədən və parkdan 10-a yaxın it gəldi. Məni yerə yıxdılar. Qonşular yetişənə qədər məni dişlədilər”, -professor bildirib.
Yılmaz, sahibsiz it probleminin ciddi həddə çatdığını bildirib və səlahiyyətlilərdən kömək istəyib: “Bu, indi insan haqları məsələsinə çevrilib. Bu itləri sığınacaqlarda sterilizasiya etmək və heyvan hüquqlarına uyğun toplamaq lazımdır. Məni yandırıblar, heç olmasa, başqaları yanmasın”.
Qeyd edilir ki, bu, Çiğdem rayonunda sahibsiz itlərin ilk hücumu deyildi. Dəfələrlə sahibsiz itlərin hücumuna məruz qalan məhəllə sakinləri aidiyyəti qurumlardan kömək istəyiblər.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Sahibsiz itlər...
04 Noyabr 2024 19:07
Sahibsiz it altı yaşlı uşağı parçalayıb
26 Noyabr 2024 11:45
Sahibsiz itlər 3 nəfəri parçaladı
22 Fevral 2025 15:07
Deputat sahibsiz itlər problemindən danışdı
16 Yanvar 2026 15:21
Bu ölkədə sahibsiz itlər evtanaziya ediləcək
05 Dekabr 2024 17:10
Baxış sayı:89
Bu xəbər 15 Noyabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















