Sahil Babayev ipoteka siyasətinin dəyişdirilməsinə münasibətini açıqlayıb
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Maliyyə naziri Sahil Babayev Milli Məclis üzvlərinin ipoteka şərtlərinə uyğun kontingentin 90 %-nin Bakı və Abşeronda yaşaması ilə əlaqədar ipoteka siyasətinin dəyişdirilməsi və onun paytaxtdan bölgələrə yönəldilməsinin zəruriliyi ilə bağlı fikirlərinə münasibət bildirib.
"Report" xəbər verir ki, nazir mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.
"İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun olaraq müvəkkil banklar təxminən 55 min borcalana 3,5 milyard manatdan çox kredit verib. Bunun 78 %-i Bakı şəhərinin, 22 %-i isə respublikanın digər şəhər və rayonlarının payına düşüb. Regionlardakı əhalinin ipoteka krediti vasitəsilə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi qaydada məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin də ipoteka kreditinə çıxış imkanları yaradılıb. Eyni zamanda, əhalinin elektron ipoteka sistemi vasitəsilə müvafiq müraciətləri əsasında müvəkkil banklar ipoteka kreditləri verir. Bu zaman ipoteka krediti vasitəsilə alınacaq yaşayış sahəsinin yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 İyun 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















