Icma.az
close
up
RU
Sahil Babayevə Sahil Babayevdən şikayət

Sahil Babayevə Sahil Babayevdən şikayət

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 ƏƏSMN-in 39 saylı vəkil bürosunun büdcədən maliyyələşməsi cinayətdir

Sələfiniz Samir Şərifova Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin 18.02.2020-ci il tarixli əmri ilə DSMF-də yaradılan MƏHKƏMƏ FİLİALININ -39 SAYLI VƏKİL BÜROSUNUN büdcədən maliyyələşməsinin filialın özü kimi qanunsuz, Konstitusiyaya zidd olmasından çox şikayətlər edilib. Sonucsuz şikayətlər ali dövlət hakimiyyəti , hüquq-mühafizə orqanlarına, Ombudsmana, Hesablama Palatasına da edilib. İndi maliyyə naziri özünüzsünüz, özünüzün qanuna, Konstitusiyaya zidd əmrinizin ləğv edilməsinə, 39 saylı vəkil bürosunun büdcədən maliyyələşməsinə son qoymağın vaxtıdır. Nədən Konstitusiya Məhkəməsinə nə icra, nə qanunverici hakimiyyət, nə Ombudsman, nə, nə...5 ildir sorğu göndərir, sıradan vətəndaşınsa yalnız şikayət hüququ var ki, ona da min bəhanə ilə baxan yoxdur.

Bakı Apellyasiya Məhkəməsində İPM-in “Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndərilməsinə dair iddialar üzrə icraat” fəslinə uyğun olaraq 18.02.2020-ci il tarixli əmrinizin etibarsız sayılıb ləğv edilməsi barədə iddia qaldırdım. İddiam qanuniliyi mübahisələndirilən əmrlə yaradılan MƏHKƏMƏ FİLİALININ- 39 SAYLI VƏKİL BÜROSUNUN “seçdiyi” qərəz heyətinə (Pərviz Hüseynov, Şərafət Məmmədova, Ceyhun Məmmədov) verildi və anında rədd edilməsi haqqında məlumat elektron kabinetdə yerləşdirildi. “Əsas” kimi “subyektiv hüququmun olmadığı” “daxili RÜŞVƏT İNAMI ilə” qəbul edildi. Halbuki məhkəmə icraatı dayandırıb, əmrin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərməlidi. (İPM-in 124-cü maddəsi). Əmrin Konstitusiyaya zidd olmasını ƏƏSMN-in toplam 43 vəkilinə  verilən 2 saxta etibarnamə sübut edir. ƏƏSMN-in adından “etibarnamə”ləri MALİYYƏ NAZİRİNİN 1-Cİ MÜAVİNİ ANAR KƏRİMOV necə imzalayıb?! Təkcə bu faktın özü 5 il yarım imzaladığınız əmrin Konstitusiyaya zidd olduğunu ortaya qoyur və Ali Məhkəmə vasitəsilə Konstitusiya Məhkəməsinə sorğu göndərilməsinə əsas verir. Pərviz Hüseynov, Şərafət Məmmədova, Ceyhun Məmmədov üçlüyü isə pensiyamı mənimsəyən, hətta 8 il qabaqkı məhkəmə qərarı ilə verilən əlavəni dayandıran MƏHKƏMƏ FİLİALININ-39 SAYLI VƏKİL BÜROSUNUN yaradılması əmrinin ləğvinə subyektiv hüququmun olmadığına qərar verib.

Bir daha ƏƏSMN-də  MƏHKƏMƏ FİLİALININ – 39 SAYLI VƏKİL BÜROSUNUN yaradılması əmrinin Konstitusiyaya, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna zidd olduğunu maliyyə naziri kimi diqqətinizə çatdırıram. DÖVLƏT ORQANINDA NƏİNKİ BÜTÖV VƏKİL BÜROSU, HEÇ BİR NƏFƏR DƏ VƏKİL TƏMSİL OLUNA BİLMƏZ. Bu dövlətin hüquqi, demokratik adına ləkədir. (Yeri gəlmişkən, AMEA-da 2021-ci ildə hüquq müdiri kimi büdcədən maliyyələşən vəkil Əliyev Kamal Vəli oğlunun, AAYDA-nın hüquq müdiri, vəkil Şahbaz Qasımovun və s. maliyyələşməsinə də son qoyulmalıdır; vəkil büdcədən maliyyələşə bilməz!) Hesablama Palatası vermir, Maliyyə naziri kimi özünüz hesablayıb qiymət verin, ƏƏSMN-də fəaliyyət göstərən  direktor, direktor müavinləri, departament müdirlərindən tutmuş mütəxəssisə kimi 43 vəkilin hər birinə ayda büdcədən nə qədər pul ayrılır; bu vəkil-məmur ordusuna əlavə nə qədər mükafat-filan verilir, ildə neçə mənzil ayrılır və s.? Hamısı da nədən yana? Qarabağ əlillərinin, qazilərin, şəhid ailələrinin, ünvanlı sosial yardım alanların, sosial müavinətçilərin, pensiyaçıların təminatına məhkəmədə qadağa qoyduqlarına görə!(??) . Belə sosial təminat, hüquq siyasəti olar? Bəs belə büdcə, maliyyə siyasəti hansı qanunda yazılıb? Hər şey bir yana, əmrinizlə yaradılan filialın-39 saylı vəkil bürosunun əsas işlərindən biri kimi ƏƏSMN-in tərəf olduğu CİNAYƏT İŞLƏRİNDƏ NAZİRLİYİ QORUMAQ deyəndə nə anlaşılır? Nazirliyin tərəf olduğu cinayət işi nə deməkdir? Belə çıxır, məsələn, “iraq-iraq”, birdən hüquq mühafizə orqanları cinayət axtarışına çıxıb, iş qaldırdı, onu qanunsuz yaradılan MƏHKƏMƏ FİLİALI-39 SAYLI VƏKİL BÜROSU MÜDAFİƏ ETMƏLİDİR? Axı, cinayət işlərində bütöv nazirlik tərəf ola bilməz! Düzdür, biz səs-küylü cinayət işlərinin şahidi olmuşuq, amma onların hər biri bütöv dövlət orqanına qarşı yox, ayrı-ayrı vəzifəli şəxslərə qarşı yönəlib. Eyni zamanda əmrlə nazirliyin tələbkar olduğu işlərdə icranı təmin etmək vəzifəsi də uyğun dövlət orqanlarının görəvidir, bunun üçün dövlət orqanında 43 vəkilin büdcədən maliyyələşməsinə ehtiyac yoxdur. Nazirliyin borclu olduğu işlərdə icranın təmin edilməsinə maneçilik də cinayət məsuliyyəti yaradır. Əmrinizlə yaradılan dövlət orqanı , həm də vəkil bürosu MƏHZ pensiyaçıların tələbkar olduğu məhkəmə qərarlarının  icrasına qadağa qoymaqla büdcəni pensiyaçılardan qoruyur.(?)

Maliyyə naziri kimi ƏƏSM naziri olanda verdiyiniz əmri ləğv etməyiniz büdcəyə də xeyirdir, pensiyaçılara da. 5 il yarım qabaqkı əmrin ləğv etmənizi gözləyirik.

Məhkəməyə rüşvəti vəkil (bürosu) apardı, ya elə əvvəl olduğu kimi, məmur, nə dəyişir? Onsuz da yenə dəyən pensiyaçıya dəyir, onun təminatından rüşvət verilir, həm məhkəmə, həm də də sosial müdafiəsindən məhrum edilir.

Məğrur BƏDƏLSOY

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri