Sahildə qeyriadi obyekt tapıldı FOTO
Icma.az, Metbuat saytına istinadən bildirir.
Vyetnamın Quang Ngai sahilində qəribə obyekt tapılıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, sahildə gəzən sakin tərəfindən aşkarlanan qeyri-adi obyekt barədə sərhəd mühafizə orqanlarına bildirilib. Hadisə yerinə gələn mütəxəssislər obyektin 4 metr diametrdə və 5 metr hündürlükdə olduğunu qeyd ediblər. Tapılan obyektin alt qismi tünd qəhvəyi, üst qismi isə metal sütunlarla örtülmüş və qızılı rəngə boyanıb. Üzərində çoxlu Çin heroqlifləri də müşahidə edilib.
İlkin araşdırmalara əsasən, obyektin meteorologiya və okeanoqrafik göstəriciləri izləmək üçün istifadə edilən lidar tipli dəniz cihazı olduğu qənaətinə gəliblər. Bu tip cihazlar açıq dənizdə dalğalar, külək istiqaməti və digər ekoloji amilləri ölçmə qabiliyyətinə malikdir.
Baxış sayı:81
Bu xəbər 28 Noyabr 2024 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















