Sahillərimiz sizin üçün cəhənnəmə çevriləcək İrandan ABŞ yə XƏBƏRDARLIQ
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İran Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin müavini, kontr-admiral Həbibullah Səyyari ABŞ-yə sərt xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Səyyari bildirib ki, ABŞ İran sahillərinə hərbi desant çıxarmağa cəhd edərsə, ciddi müqavimətlə üzləşəcək.
"Əgər düşmən İran sahillərinə qoşun çıxarmağa cəhd etsə, elə bir cəhənnəmə düşəcək ki, oradan çıxa bilməyəcək", – deyə o vurğulayıb.
Bu arada İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ-nin İrana qarşı təkrar zərbələr endirməsi və Tehranın neft satışına dair lisenziyanın ləğv edilməsi döyüşlərin dayandırılmasına dair memorandumu faktiki olaraq qüvvədən salır. Rəsmi Tehran ABŞ Maliyyə Nazirliyinin qərarını "kobud hüquq pozuntusu" adlandıraraq, gərginliyin artmasına görə məsuliyyəti Vaşinqtonun üzərinə qoyub.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 İyul 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















