Icma.az
close
up
RU
Şahin Bağırov: Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınma ehtimalının minimuma endirib

Şahin Bağırov: Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınma ehtimalının minimuma endirib

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınma ehtimalının minimuma endirilməsinə və vergi nəzarətinin gücləndirilməsinə mühüm töhfə verib.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının inkişafına, dövlətin maliyyə təminatının artmasına və ölkənin beynəlxalq ticarətdəki mövqeyinin güclənməsinə şərait yaradır: "Vergi xidmətinin qarşısında duran vəzifələr uğurla icra olunur və bu prosesdə beynəlxalq təcrübə əsasında hazırlanmış müasir xidmətlər, sahibkarlara dəstək tədbirləri, rəqəmsallaşma və şəffaflıq prinsipləri xüsusi rol oynayır".

Ş. Bağırov bu tədbirlərin dövlət büdcəsinin formalaşmasına, vergi gəlirlərinin artmasına, sahibkarlığın inkişafına və investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini bildirib.

"Vergilərdən yayınma hallarına qarşı mübarizə, beynəlxalq vergitutma mexanizmlərinin təkmilləşdirilməsi vergi sisteminin müasirləşməsinə, qlobal iqtisadiyyata inteqrasiyasına və beynəlxalq ticarətin təşviqinə xidmət edir. Kölgə iqtisadiyyatının qarşısının alınması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində görülən tədbirlər isə iqtisadi təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir”, – deyə o vurğulayıb.

Ş. Bağırov əlavə edib ki, vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılması bu sahədə səmərəliliyin yüksəldilməsinə töhfə verir: "Son dövrlərdə vergi əməliyyatlarının asanlaşdırılması, vergi öhdəliklərinin icrasının nəzarətdə saxlanılması, qanunsuz dövriyyənin qarşısının alınması və xidmətlərin əlçatanlığının artırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirilib".

DGK-nın sədri bildirib ki, vergi ödəyicilərinə öz vergi əməliyyatlarını rəqəmsal izləməyə imkan verən şəxsi hesab vərəqəsi, elektron qaimə-fakturalar, “ƏDV geri al” layihəsi, yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi və digər innovativ həllər nağdsız ödənişləri təşviq etməklə vergi nəzarətini gücləndirib, büdcə daxilolmalarını artırıb və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına töhfə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Fevral 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see188

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see134

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see131

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see130

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see129

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see128

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see127

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see125

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri