Şahin Diniyev: “Futbolun inkişafı bölgələrdən keçir”
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Növbəti mövsümdən etibarən Premyer Liqada çıxış edəcək klublar müəyyənləşdi – “Qəbələ”, “Karvan” və “İmişli”.
Hər üç klubun bölgə təmsilçisi olması isə ölkə futbolunda kütləviliyi artırmaq və bölgələrdə futbola maraq yaratmaq üçün müsbət haldır.
Əfsuslar olsun ki, “Qəbələ” xaric digər iki klubun infrastrukturu elita səviyyəsində deyil. Hətta “İmişli” gələn mövsüm ev oyunlarını keçirmək üçün Bayılda yerləşən “ASCO Arena”nı seçib. “Karvan”ın durumu isə hələ ki, qeyri-müəyyən olaraq qalır.
Belə durumda komandanın adının rayon, özünün isə Bakıda olması inkişaf yolunda heç nəyi dəyişmir.
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev mövzu ilə bağlı fikirlərini “Futbolpress.az”a açıqladı:
“Futbolun inkişafı bölgələrdən keçir. Azarkeşlər, kütləvilik nə qədər çox olarsa, futbolçular da, məşqçilər də bir o qədər toparlanırlar. Azarkeşlər böyük qüvvədir. Sadəcə qərarın birdən-birə qəbul edilməsi, vəziyyətin bu yerə gəlməsinə səbəb oldu. Məsələn, əvvəlcədən “Qəbələ”nin elitaya yüksələcəyi gözlənilən idi. Çünki onların infrastruktur, heyət baxımından heç bir problemi yox idi. Amma “Karvan” və “İmişli” üçün bunu söyləyə bilmərik. Onlar mövsümün ikinci yarısından sonra məlumatlandıqları üçün çempionatın sonuna qədər çatdıra bilmədilər. “Kəpəz”in dekabra qədər Gəncəyə qayıdacağı çox yaxşıdır. Düşünürəm ki, “Karvan” da qısa zamanda öz stadionuna əl gəzdirib ev oyunlarını orada keçirə bilər. “İmişli”də isə təbii ot örtüyü olduğu üçün bir az zaman apara bilər. Çünki ot əkilməlidir, bitməlidir və kökü bərkiməlidir. Yoxsa ot bitən kimi oynamaq olmaz. Hesab edirəm ki, bu proses də dekabra qədər çəkə bilər. Burada hər hansı bir sıxıntı görmürəm. Saydığım nüansların hər biri həllini tapacaq problemlərdir. Ümumən “Qarabağ”ın gələcəkdə Ağdama dönməsi, Gəncə, İmişli, Yevlax, Qəbələ, Turan, Sumqayıt və Şamaxı kimi bölgələrdə futbol olması, kütləviliyi artırmaq yolunda böyük addım atılmış olacaq”.
Mirkamal Kazım
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 Aprel 2025 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















