Şahin Diniyev “Sabah” “Qarabağ” oyununda favoritini açıqladı
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Birmənalı olaraq demək olar ki, maraqlı oyun olacaq. Deyərdim ki, “Sabah” həm oyun, həm də keyfiyyət baxımından bir addım irəlidədir”.
Bu sözləri Azərbaycan futbol milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Misli Premyer Liqasının doqquzuncu turunda keçiriləcək “Sabah” - “Qarabağ” oyunu ilə bağlı fikirlərini bölüşən Diniyev matçın çempionluq uğrunda əsas mübarizələrdən biri olduğunu bildirib.
“Qarabağ”ın bəzi futbolçuları hələ də komandaya uyğunlaşmayıb. Buna görə də onlar oyun baxımından tam formaya çatmayıb. Komanda hələ axtarışdadır. Amma bu, mərkəzi matç və 6 xallıq oyundur. Ona görə də hər iki komanda üçün çətin olacaq. Baxmayaraq ki, “Sabah” Çempionlar Liqasından sonra oynayacaq, 5 gün bərpa olunmaq üçün kifayət edər. Etiraf edək ki, indiki “Sabah” formada olan, “Qarabağ” isə tam formaya düşməyən bir komandadır. Amma belə oyunlarda qeyd etdiyim məqamlar ikinci planda qalır. Motivasiyaya da ehtiyac yoxdur. Futbolçular hansı oyuna çıxacaqlarını bilirlər. Bu görüş çempionluq uğrunda ən vacib qarşılaşmalardan biridir. Hər iki komandaya uğurlar arzu edirəm. Düşünürəm ki, oyun gərgin keçəcək, intriqalar olacaq. Azarkeşlər bu oyunda çox şey görəcəklər. Ancaq çoxlu azarkeş olsa, oyunu daha maraqlı edər”, - deyə o qol.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Sabah” - “Qarabağ” matçı oktyabrın 25-də Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək. Hazırda “Sabah” 19 xalla lider, “Qarabağ” isə 17 xalla üçüncüdür. Hər iki komanda yeddi oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 22 Oktyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















