Şahin Diniyevin oğlu da “Səbail”dən ayrılıb Bakı klubunda daha 6 vida İdman və Biz
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
"Komandamızı Premyer Liqanın növbəti oyununa hansı mütəxəssisin çıxaracağı ilə bağlı danışmaq hələ tezdir".
Bunu İdman.bizə "Səbail"in icraçı direktoru Firuz Abdulla deyib.
O bildirib ki, Şahin Diniyevin istefasından sonra klubun boş qalan yeni baş məşqçisi postu ilə bağlı məsələ Müşahidə Şurasının iclasında müzakirə olunacaq: "Komandamızın baş məşqçisi Şahin Diniyev köməkçiləri ilə birgə istefa verib. Hazırda hər hansı mütəxəssislə danışıqlar aparmırıq. Çünki yeni baş məşqçinin təyinatı ilə bağlı klubumuzun Müşahidə Şurasının bu günlərdə iclası keçiriləcək. Həmin iclasda yeni baş məşqçinin təyinatı və digər zəruri məsələlər müzakirə olunacaq".
Şahin Diniyev Premyer Liqada "Səbail" "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqdan sonra istefa verib. Məşqçilər korpusunda onunla yanaşı, köməkçiləri Sebahattin Tekin, Kərim Diniyev (Şahin Diniyevin oğlu), Azər Məmmədov, qapıçılar üzrə məşqçi Fuad Əsədov, fiziki hazırlıq üzrə çalışdırıcı Elmir Xankişiyev və analitik Zaur Əliyev də artıq düşərgədən ayrılıblar.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 04 Noyabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















