“Şahin” hərbi idman oyununun Tərtər rayonu üzrə qalibi müəyyənləşib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tərtər, 6 may, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Tərtərdə keçirilən rayon mərhələsinin qalibi məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Olimpiya İdman Kompleksində keçirilən yarışda rayonun 18 tam orta məktəbinin komandaları iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Sonra komandalar müxtəlif mərhələlər üzrə yarışıblar. Mərhələlər üzrə toplanan xalların cəminə uyğun olaraq qalib komandalar müəyyənləşib.
Rayon birinciliyinin qalibi Azad Qaraqoyunlu kənd tam orta məktəbin komandası, eyni zamanda, yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb. Tərtər şəhər 2 nömrəli məktəb-liseyin komandası və 1 nömrəli tam orta məktəbin komandası müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Müxbir – Tahir Ağaməmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 06 May 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















