“Şahin məllimə yetərincə şans verildi” “Dənizçilər” Əhmədovla Hacıyevi istəyir
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Kəpəz” – “Səbail” oyununun nəticəsi qonaqların çalışdırıcısı Şahin Diniyevin istefasına yol açdı.
Azər Bağırov Roman Qriqorçukun ardından daha bir həmkarını “istefaya göndəri”. Bazar günündən bəri ən müxtəlif məşqçilərin – Tərlan Əhmədovdan Cavid Hüseynova qədər – adı “Səbail”lə yanaşı hallanır. Bəs “Səbail” azarkeşləri istefa və gözlənilən təyinat ilə bağlı nə düşünür?
“Dənizçlilər” fanklubunun rəhbəri Atif Rüstəmli “Futbol+”ə danışdı:
“Azarkeş komandadan ancaq qələbə gözləyir. Qələbə olmadıqda, əlbəttə, məşqçi istefaya yollanır. Rəhbərlik əlindən gələni edib, məhdud büdcə ilə oyunçular transfer edib. Son söz məşqçidə olur. Şahin məllimə yetərincə şans verildi. Təəssüf ki, yaxşı nəticələr əldə edə bilmədi. Gələcək həyatında uğurlar arzulayırıq. Tərlan Əhmədov və Aftandil Hacıyev daha güvən verir. Komandamız üçün xeyirlisi olsun”.
RÖYANƏ OĞUZ
Baxış sayı:99
Bu xəbər 08 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















