Icma.az
close
up
RU
Şahin Mustafayev: Fars Körfəzini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq

Şahin Mustafayev: Fars Körfəzini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Qafqazda avtomobil yolları açılandan sonra Fars Körfəzi-Naxçıvan-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Qara Dəniz avtomobil marşrutu Fars Körfəzini Qara Dənizə bağlayan yeni marşrut olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev avqustun 26-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

"İqlim və relyefinə görə bu marşrut il boyu daimi fəaliyyət göstərəcək", - deyə o qeyd edib.

Bundan başqa, hökumət rəsmisi deyib ki, həyata keçirilən vacib infrastruktur layihələrindən biri Araz çayının üzərində inşa olunan avtomobil körpüləridir: "Ağbənd-Kəlalə və Ordubad–Siyahrud yeni avtomobil körpüləri Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək əlavə bağlantı olmaqla yanaşı region ölkələri arasında böyükhəcmli beynəlxalq daşımalara imkan yaradacaq".

O, xatırladıb ki, bir neçə gün öncə Türkiyə ilə Naxçıvanı birləşdirəcək Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu xəttinin tikintisinə də start verilib: "Uzunluğu 224 km olan və Avropa bazarlarına çıxışı təmin edəcək bu xəttin illik daşıma gücü 15 milyon ton yük təşkil edəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi və yükdaşımaların fasiləsiz şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətli infrastruktur imkanlarına malik olduğu üçün hər iki istiqamətdə tranzit yüklərin daşınmasında və aşırılmasında, ölkəmiz mühüm rola malikdir. Bu baxımdan ölkəmiz böyük həcmdə yükləri daşımaq, aşırmaq və idarə etmək mərkəzinə çevrilib".

"Bütün bunlarla yanaşı kommunikasiyaların açılması həm də Cənubi Qafqazın enerji xəritəsini yenidən formalaşdıracaq, xüsusən də Azərbaycanın Avropaya və dünyaya enerji tranzit rolunu daha da artıracaq. Kommunikasiyalarının açılması regionda sülhün təmin olunması üçün tarixi bir fürsətdir. Azərbaycan isə öz növbəsində bu dəhliz vasitəsilə regionda sabitliyin və əməkdaşlığın təşviqçisi kimi çıxış edir", - deyə Ş.Mustafayev əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Avqust 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri