Şahin Mustafayev Yengicə və Əlicançay layihələrindən danışdı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Möhtərəm cənab Prezident, müvafiq sərəncamlarınıza uyğun olaraq Qəbələ rayonunda 17.5 milyon kubmetr həcmində "Yengicə" su anbarının və Oğuz, Şəki rayonlarında 108 milyon kubmetr həcmində "Əlicançay" su anbarının tikintisi həyata keçirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur".
Oxu.Az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.
Şahin Mustafayev "Yengicə" və "Əlicançay" layihələrindən danışdı
"Yengicə" su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsinə xidmət edəcək. "Əlicançay" su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsinə xidmət etməklə yanaşı, Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsinin 49 min nəfərə yaxın əhalisini içməli su ilə təmin edəcəkdir. "Şirvan" kanalının yenidən qurulması işləri müvafiq Sərəncamınıza uyğun olaraq davam etdirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Yenidənqurmadan sonra 10 rayon üzrə 228 min hektar əkin sahəsini suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edəcəkdir. Eyni zamanda, 9 rayonun 115 min hektaradək əkin sahəsinin suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edən "Qarabağ" kanalının yenidən qurulması üzrə layihə-smeta sənədləri hazırlanır.
Qeyd olunanlardan əlavə, yeddi suvarma kanalı yenidən qurulub və üç suvarma kanalının yenidən qurulması davam etdirilir ki, bunlar da ümumilikdə 132.3 min hektar əkin sahəsinə xidmət edir", - deyə nazir müavini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Yanvar 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















