Icma.az
close
up
RU
Şahin Şıxlinski ilə bağlı QƏRAR

Şahin Şıxlinski ilə bağlı QƏRAR

Icma.az bildirir, Bakupost portalına istinadən.


Uraldakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski istintaq təcridxanasında saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ura.ru-ya hüquq-mühafizə orqanlarına yaxın mənbə məlumat verib.

Məlumata görə, Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin istintaq təcridxanasında qalmasına qərar verilib və vəkilinin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd olunub ki, şikayətə Moskva Şəhər Məhkəməsində baxılıb.

Bundan əvvəl isə Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin Moskvanın Basmannı məhkəməsi tərəfindən qiyabi həbs edildiyi bildirilmişdi. Bu, onun axtarışa verilməsindən sonra baş verib.

Şıxlinski bir müddət Azərbaycanın Moskvadakı səfirliyinin ərazisində olub, oraya Rusiya təhlükəsizlik qüvvələrinin girişi qadağandır. Lakin sonra o, ərazidən çıxaraq, hakimiyyət orqanlarına təslim olub və Yekaterinburqa aparılıb, orada istintaq hərəkətlərində iştirak edib və istintaq təcridxanasına yerləşdirilib.

İlkin məlumata görə, Ural diasporunun rəhbəri Fehruz Şirinovun öldürülməsinə cəhddə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsi, 105-ci maddəsi), habelə dövlət məmuruna qarşı zorakılıqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi) iştirakda ittiham olunur.

Şahin Şıxlinskinin vəkili E1.ru-ya bildirib ki, müvəkkili özünün təqsirsizliyində israr edir və onun həbsi ilə bağlı qərardan apellyasiya şikayəti vermək niyyətindədir. Basmannı məhkəməsi redaksiyadan gələn zəngə və yazılı müraciətə operativ şəkildə cavab verə bilməyib.

Fehruz Şirinova qarşı sui-qəsd cəhdi 2010-cu ildə, Yunus Paşayevin qətlindən bir neçə il sonra baş verib. Amma Fehruzun bəxti gətirib - qatilin tapançası açılmayıb. İstintaqın versiyasına görə, hadisəni törədən digər azərbaycanlı Elman Süleymanov olub (o, təbii səbəblərdən ölüb). Onun ölümündən əvvəl hücumu sifariş edən şəxsin adını çəkdiyi iddia edilir.

Bundan əvvəl Yekaterinburqda Şahin Şıxlinskinin oğlu Mütvəli həbs edilib. O, iki ay həbsdə qalacaq. M.Şıxlinski iyulun 15-də hökumət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək ittihamı ilə saxlanılıb.

Buna səbəb isə iyulun 1-də "Baku Plaza" yaxınlığında baş vermiş vəziyyət olub. O zaman təhlükəsizlik qüvvələri oğlu ilə birlikdə avtomobillə hərəkət edən diaspor rəhbəri Şahin Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçirib. "Mercedes Gelandewagen" markalı avtomobilin şüşələri sındırılmağa başlayanda Mütvəli avtomobili geriyə hərəkət etdirən zaman xüsusi təyinatlı hərbçini vurub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Avqust 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri