Şahin Şıxlinskinin oğlu mənim xahişimlə saxlanılıb
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvalı məhz mənim xahişimlə saxlanılıb“.
AzPost bildirir ki, bu sözləri Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov sosial şəbəkədə yazıb.
Mironov həmçinin bildirib ki, müraciətinin əsas mövzusu – bütün Azərbaycan diasporunun, o cümlədən Moskvanın ən böyük “Sadovod” və “Food City” bazarlarının (azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanova məxsus) yoxlanılması ilə bağlı nəticə gözləyir.
Dünən Yekaterinburq məhkəməsi şəhərdəki Azərbaycan diasporunun rəhbərinin oğlu və vəkil Mütvala Şıxlinskini sentyabrın 14-dək həbs edib.
O, xüsusi təyinatlını vurmaqda ittiham olunur. M.Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə saxlanılıb.
Həmçinin Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 17 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















