Icma.az
close
up
RU
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR Sirləri açdı!

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR Sirləri açdı!

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyasının 32-ci ildönümündə  “91-lər”in nümayəndəsi Şahlar Əsgərov PA-nın sabiq rəhbərini ittiham etdi.

16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət ziyalı qrupu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini və ətrafında birləşdiklərini elan etmişdi. 24 oktyabr 1992-ci ildə Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdi.

21 noyabr 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi. Heydər Əliyevə müraciət edən ziyalılar qrupu partiyanın tarixinə “91-lər” olaraq düşüb.

Modern.az saytı Yeni Azərbaycan Partiyasının 32-ci ildönümü ərəfəsində “91-lər”in nümayəndəsi, eks-deputat Şahlar Əsgərovla həmsöhbət olub.

Şahlar Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə zərurətdən yaranıb:  “O zaman Azərbaycanın qarşısında böyük problemlər vardı. Nəticədə ziyalılardan ibarət bir partiyanın qurulmasına zərurət yarandı. 91 nəfər ziyalı Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş “91-lər”in 6 nəfəri akademikdir, aralarında onlarla professor var". 

1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalı məktub hazırlayarkən bəzi şəxslər ora imza atmaq istəməyiblər. Məlumatlara görə, Heydər Əliyevə müraciət edən “91-lər”ə qoşulmaq istəməyənlər arasında akademik Ramiz Mehdiyev də olub.

Şahlar Əsgərov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “91-lər”ə münasibətindən danışıb. Deyib ki, məhz onun sayəsində vaxtilə “91-lər” YAP-dan incik salınıb və tədricən uzaqlaşdırılıb: “Ümummilli lider Heydər Əliyev onlardan "sizin adınız niyə “91-lər” arasında yoxdur?" soruşanda deyirdilər ki, “cənab Prezident, sizi xalq çağırdı, biz də xalqın bir üzvüyük”. Amma bu fikir elmə ziddir. Xalq kütlədir, kütlə isə yaradıcı deyil. Yaradıcı olan fərdlərdir. “91-lər” yaradıcıdır, onlar Heydər Əliyevi çağırdılar. 1987-ci ildən 1991-ci ilə qədər Heydər Əliyev tənqid ediləndə xalq onu müdafiə etmədi. Deməli, ortada olan fərdlərdir. Amma onlar deyirdilər ki, “xalq sizi çağırdı, biz onların üzvləriyik”. Əlbəttə, Ziya Bünyadovun, Xəlil Rza Ulutürkün arxasında xalq dururdu, akademiklərin, professorların arasında xalq var idi. Amma xalq yaradıcı deyil. Xalqın beynində ideyanı əkməlisən, onu əkməsən bitməz. İdeyanı xalq yox, onun fərdləri yaradır və xalq xoşbəxt olur".

Ş.Əsgərovun sözlərinə görə, bu gün “91-lər”lə Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında görüşün təşkilinə ehtiyac var: “O dövrdə Heydər Əliyev Naxçıvanda yaşayırdı və Bakıya gəlməsinə bir növ qadağa qoyulmuşdu. Böyük dövlətlər bilirdilər ki, Heydər Əliyev Bakıda yaşasa, Azərbaycan tam müstəqil olacaq və nefti ələ keçirə bilməyəcəklər. Ona görə də Heydər Əliyevin Bakıda yaşamasına mane olurdular. Bu səbəbdən YAP Naxçıvanda təsis olundu. Heydər Əliyevə yazılan məktub belə adlanırdı: "Azərbaycan sizin sözünüzü gözləyir". Bu məktub Ulu öndərin Bakıya dəvəti idi. Onun Bakıya gəlməsi böyük qüvvələrin arzularını ürəyində qoydu. Heydər Əliyevə qoyulmuş o qadağanı “91-lər” götürdü. Ulu öndərə çox yaxın olan adamlardan eşitdiyim sözü deyim, Heydər Əliyev “91-lər”in siyahısına baxanda Kommunist Partiyası dövründə vəzifə verdiyi adamların adını görməmişdi.

“91-lər” Heydər Əliyevi təmənnasız müdafiə ediblər. “91-lər”in fəaliyyətinin təməlində təmənnasızlıq durur. Bunu Prezident İlham Əliyev də bildirib. Onlar Azərbaycanın taleyini düşünüb yola çıxdığına görə gənclərlə görüş əhəmiyyətlidir".

Şahlar Əsgərov gənc YAP-çılara tövsiyə edib ki, Vətəni nəyinsə xatirinə sevmək lazım deyil: “Vətəni vəzifə xətrinə sevən yaxşı vətəndaş deyil. Vətən minnətsiz sevilməlidir, "91-lər"in arasında oliqarx yoxdur. Onlar Heydər Əliyevi özləri üçün yox, Vətən üçün çağırdılar. Vətəni sevmək lazımdır, bu sevgi həqiqi olmalıdır. Bu sevgi neft xatirinə, vəzifə xatirinə olmamalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Noyabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri