Icma.az
close
up
RU
Şahmar Vəliyevin Azər Həşimova təzminat ödəməməsinin səbəbi bilindi

Şahmar Vəliyevin Azər Həşimova təzminat ödəməməsinin səbəbi bilindi

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Karvan-Yevlax"ın sabiq baş məşqçisi Azər Həşimovla klub arasında yaşanan problem futbol ictimaiyyətinə məlumdur. Noyabrın sonunda postunu itirən 41 yaşlı mütəxəssis müqavilənin birtərəfli qaydada pozulmasına görə Yevlax təmsilçisindən təzminat tələb etsə də, hələ istəyinə nail olmayıb. Bu yerdə ortaya sual çıxır. Klub rəhbərliyi niyə Həşimova təzminat ödəmək istəmir, fikir ayrılığının kökündə nə durur?

Məsələ ilə bağlı Sport24.az-a ilginc məlumat daxil olub. Bizə çatan bilgiyə əsasən, Yevlax təmsilçisinin rəhbəri Şahmar Vəliyev ötən yay komandaya cəlb olunan əcnəbilərin keyfiyyətindən narazıdır. O, yaxın ətrafı ilə söhbətdə "yayda 12 legioner transfer etməklə büdcəni dağıtdılar, ancaq gətirdiklərilərinin əksəriyyətinin səviyyəsi aşağıdır. İndi yeni legioner cəlb etmək üçün 100 min manat rüsum ödəmək lazımdır" söyləyərək, Həşimov və klubun vitse-prezidenti Kənan Kərimovun seleksiyasından razı qalmadığını vurğulayıb. "Ağ-qaralar"ın məhz uğursuz transferlər səbəbindən turnir cədvəlinin zirzəmisində yer alması, büdcənin talan olunması klub prezidentini əsəbləşdirib. Bu səbəbdən Vəliyev Azər bəyin təzminat məsələsinə razılıq vermir.

Mənbəmizin sözlərinə görə, artıq klubda futbolçu seçimi yeni baş məşqçi (hələ rəsmi təsdiqlənməyib) Füzuli Məmmədovun ixtiyarına verilib. Qış "transfer pəncərəsi"ndə bu məsələ ilə Məmmədov məşğul olacaq.    

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sport24.az
archiveBu xəbər 27 Dekabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri