Şahmat: Birinci Dəstədə keçiriləcək ölkə çempionatının mükafat fondu müəyyənləşib
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Yanvarın 6-dan startı veriləcək şahmat üzrə Azərbaycan Birinci Dəstəsinin mükafat fondu bəlli olub. Sport24.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Sənan Şəfizadə məlumat verib.
O, çempionatda iştirak edəcək şahmatçıların sayını da açıqlayıb:
"Kişilərin yarışında mükafat fondu 7000, qadınlarda isə 3000 manatdır. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək. Kişilər arasında ilk 9 pilləni tutanlar yüksək liqaya çıxacaqlar. Bu addım daha böyük rəqabət yaratmaq məqsədilə atılıb. Çünki kişilərdə rəqabət güclüdür. Qadınların mübarizəsində isə ilk 2 yerin sahibi elitaya yüksələcək".
Qeyd edək ki, Azərbaycan Birinci Dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 05 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















