Icma.az
close
up
RU
Şahmat lövhəsi üzərində tarixi dram Şah Abbas Namə

Şahmat lövhəsi üzərində tarixi dram Şah Abbas Namə

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında təqdim olunan "Şah Abbas Namə" tamaşası dramaturq İlqar Fəhminin eyni adlı əsəri əsasında qurulub. Rejissor Nicat Kazımovun səhnələşdirdiyi tamaşa son dövrlərdə izlədiyim ən güclü, emosional və dərin mənalı teatr nümunələrindən biridir. Əsər təkcə Şah Abbasın həyatını deyil, həm də insan taleyi, daxili mübarizəsi və hökmdarlıq ruhunu ustalıqla birləşdirir. Burada hökmdarlıq fəlsəfəsinin dərin qatları üzə çıxır. Makiavelli təfəkkür tərzi təsdiqini tapır: "İnsanları başqa cür idarə etmək mümkün deyil".

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Şahmat lövhəsi üzərində tarixi dram

Tamaşa başladığı andan Şah Abbasın taleyi şahmat oyunu kimi təqdim edilir. Səhnədə piyadalar, atlar, fil və vəzir tarixin canlı iştirakçıları kimi hərəkət edirlər. Ağlarla qaraların mübarizəsi sadəcə rənglərdən ibarət deyil, taleyin görünməz, qətiyyətsiz əlləri onları irəli aparır. Bu metaforik quruluş tamaşaçıya hakimiyyət və siyasətin nə qədər mürəkkəb olduğunu, insanın taleyə nə qədər bağlılığını hiss etdirir.

Rejissorun bu konsepsiyası əsərin məğzini səhnədə parlaq şəkildə canlandırır. "Şah Abbas Namə"nın hər səhnəsi, hər dialoqu şahın daxili dünyasının qapısını açır, onu insan, hökmdar və faciəvi bir obraz kimi təqdim edir.

Dörd şəxsiyyət - dörd həyat mərhələsi

Tamaşa dörd pərdəlidir - Şah Abbasın həyat yolu dörd fərqli mərhələdə təqdim olunur: uşaq, gənc, yetkin və qoca. Hər mərhələni səhnədə fərqli aktyorlar canlandırırlar: Mirsənan Kazımov (uşaqlıq), Niyaz İlyasoğlu (gənclik), Elnur Kərimov (orta yaş) və Qurban İsmayılov (qocalıq). Bu seçim tamaşaya unikal psixoloji dərinlik verir. Sanki hər bir pərdə ayrıca bir əsərdir.

Uşaq Abbas anasının qucağında qorxu və təlaş içindədir, onun içində yaşadığı ən böyük qorxu - ölüm ehtimalı, bəlkə də həyatının ən böyük travmasıdır. Bu qorxu, arxa planda səhnənin fonunda zaman-zaman nümayiş etdirilən vizual elementlərlə dəstəklənərək, şahın bütün həyatını müşayiət edir. Taxta çıxan kimi bu qorxu daha da aktivləşir və Abbas ölümlə şahmat oynayan, amansız, qanlı hökmdara çevrilir.

Siyasət və ailə

Şah Abbasın hökmdarlığının ilk mərhələsini əks etdirən birinci hissədə o, ağ geyimdə səhnəyə çıxır. Ağ - ədalət, inam və günahsızlıq rəngidir. Gənc və yetkin Şah Abbas isə qırmızı və firuzəyi rənglərdə təcəssüm olunur. Qırmızı - döyüşlərin, qurbanların, qanlı qərarların, firuzəyi isə möhkəmlənmiş hakimiyyətin və əzəmətin simvoludur. Bu mərhələdə şah, öz qəlbindəki qaranlıq qorxularla mübarizə aparır, həm dövlətini, həm də səltənətini qorumaq üçün ailəsinə də qıyır. Oğlunun edamı, digər övladlarının zindana atılması və gözlərinin çıxarılması şahın qəddar siyasətinin bariz nümunəsidir. Bu qanlı hakimiyyət yolu tamaşada həm insanın zəifliklərinə, həm də hakimiyyətin sərt qanunlarına işıq tutur. Şah Abbasın özünü Allahla müqayisə etməsi, dostlarının və yaxınlarının xəyanətinə amansızlıqla cavab verməsi bu obrazın mürəkkəbliyini daha da artırır.

Qocalıq yükü və qəddar qərarlar

Tamaşanın son pərdəsində qara libaslı, ayaqlarını sürüyərək hərəkət edən qoca Şah Abbas həyatın faniliyini dərindən anlayan, amma dövlət və səltənət üçün soyuqqanlı qərarlar verməkdən çəkinməyən hökmdardır. Burada şahın həyatının ən ağır yükü - taxt-tacın qiymətini qanla ödəməsi və bunun ağırlığını çiyinlərində daşıması göstərilir. Bu mərhələdə şahmat oyununda şahın nəvələri arasında varis seçimi səhnəyə gətirilir. Şah varis olaraq onu ən çox sevən, şeirlər yazan nəvəsini yox, hiyləgər, güc və siyasi bacarığı olan digər nəvəsini seçir. Bu, səltənətin qorunması üçün sərt və acı seçimlərin labüd olduğunu göstərir.

Aktyor oyunu və yaradıcı komanda

Tamaşanın gücü aktyorların səhnə performansında da özünü göstərir. Hər aktyor obrazı yalnız oynamaqla kifayətlənmir, onun psixoloji qatlarını, daxili mübarizəsini, qorxularını və qətiyyətini tamaşaçıya çatdırır. Sənan Kazımlı, Niyaz Qasımov, Qurban İsmayılov, Elnur Kərimov və digər aktyorlar öz rollarına ruh qatır, səhnəni sözün əsl mənasında yaşayırlar. Musiqi tərtibatçısı Aygül Quliyevanın, quruluşçu rəssam Mustafa Mustafayevin, rejissor Səbinə Məmmədzadənin, rejissor assistentləri Fuad Cavadzadənin, Nəsibə Canəliyevanın və digər yaradıcı heyət üzvlərinin zəhmətləri tamaşanın yüksək səviyyədə tamamlanmasına xidmət edir. Fikrət Əmirovun "Kor ərəbin mahnısı" kimi musiqi seçimi tamaşanın duyğusal atmosferini tamamlayır, şahın taleyindəki kədər və fədakarlıq hissini artırır.

Qadın ruhu və ananın kölgəsi

Ana obrazı ancaq səs və fonda görüntü ilə tamamlanır. Yəni qadın obraz səhnədə görünmür. Lakin qadın ruhu - ananın qoruyucu, sığınacaq kimi təsiri hər səhnədə özünü göstərir. Şah Abbasın uşaqlıq travmasının və qorxularının mənbəyi ananın varlığıdır. Bu obraz şahın həyatının hər mərhələsində onun daxili sığınacağı və qurtuluş məkanı kimi arxa planda davamlı yer alır.

Tarix, siyasət və insan faciəsi

"Şah Abbas Namə" təkcə bir dövlətin güc salnaməsi deyil, həm də insan həyatında yaşanan mənəvi-psixoloji dramdır. Bu tamaşada şahmat oyunu siyasətin sərt reallığını simvollaşdırır, insanın iradəsi ilə taleyin labirintlərində mübarizəsini göstərir. İlqar Fəhminin dərin dramaturgiyası ilə Nicat Kazımovun rejissorluğu birləşərək, həm tarixi, həm də bəşəri mövzuda zəngin, çoxqatlı teatr əsəri yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 İyul 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri