Şahmatçılar yarımfinal uğrunda mübarizədə
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, kişilərin yarışında ilk qarşılaşmada Məhəmməd Muradlıya qalib gələn Şəhriyar Məmmədyarov özünü rahat hiss edə bilər.
Təcrübəli şahmatçıya yarımfinala yüksəlmək üçün heç-heçə kifayət edir.
Digər oyunlarda Vüqar Əsədli və Teymur Rəcəbov, Rauf Məmmədov və Əhməd Əhmədzadə, Misrəddin İsgəndərov və Aydın Süleymanlı üz-üzə gələcəklər.
1/4 finalın ilk qarşılaşmalarında bu duellərin hamısında heç-heçə qeydə alınıb.
Qadınların 1/4 finalında Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva məğlub etdikləri Gövhər Beydullayeva və Zeynəb Məmmədyarova ilə mübarizədə ciddi üstünlüyə malikdirlər.
Digər cütlərdə Günay Məmmədzadə və Səbinə İbrahimova, Gülnar Məmmədova və Xanım Balacayeva qarşılaşacaqlar. Onların ilk görüşləri heç-heçə başa çatıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 Fevral 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















