Şahmatçılarımız qitə çempionatında zirvədə qərarlaşıb
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Polşanın Katovitse şəhərində şahmat üzrə fərdi Avropa çempionatında X turun partiyaları baş tutub. Sport24.az xəbər verir ki. Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, hesabat turunda qitə birinciliyinin liderləri arasındakı qarşılaşmada qalib müəyyənləşməyib.
Azərbaycan şahmatçısı Nicat Abasov ispan David Gixarru ilə heç-heçə edib. Digər təmsilçimiz Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini məğlubiyyətə uğradıb. Son ölkə çempionu Məhəmməd Muradlı isə ağ fiqurlarla Latviya idmançısı Nikita Meşkovsu üstələyib.
10 turdan sonra turnir cədvəlinin ilk beşliyində üç Azərbaycan şahmatçısı qərarlaşıb. Hərəyə 8 xal toplayan Abasovla Süleymanlı 1-2-ci yerləri bölüşürlər. Eyni xala malik Muradlı isə əlavə göstəricilərə görə beşinci pillədədir.
Qeyd edək ki, bu gün keçiriləcək sonuncu turda Aydın Süleymanlı ağ fiqurlarla Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq. Nicat Abasov isə Rumıniya təmsilçisi Daniel Boqdanla üz-üzə gələcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Aprel 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















