Şahruddin dörd aydan sonra yaşıl meydanlara qayıdır
Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdır.
Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı qolkiper Ağdam təmsilçisinin "Qəbələ"yə qarşı keçirəcəyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alıb.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, oyunçu cari ilin avqustunda məşqdə zədələndikdən sonra əməliyyat olunmuşdu. Ş.Məhəmmədəliyev sonuncu dəfə avqustun 2-də, Misli Premyer Liqasının I turunda "Araz-Naxçıvan"a 4:1 hesabı ilə qalib gəldikləri görüşdə meydanda olub.
Baxış sayı:43
Mənbə:https://bakivaxti.az
16 00
30 yaşlı
alıb qarşılaşma
araz naxçıvan
avqustunda məşqdə
azərbaycan kubokunun
azərbaycan millisinin
ağdam təmsilçisinin
bakıvaxtı azxəbər
cari ilin
dəfə avqustun
final mərhələsinin