Icma.az
close
up
RU
Şahzadə Ağ Evdə: “Özümüzü burada evimizdəki kimi hiss edirik”

Şahzadə Ağ Evdə: “Özümüzü burada evimizdəki kimi hiss edirik”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını “NATO üzvü olmayan mühüm müttəfiq” kimi tanıdıqlarını və iki ölkə arasında “strateji müdafiə anlaşması” imzaladıqlarını bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Prezident Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın şərəfinə Ağ Evdə verdiyi şam yeməyində iki ölkə arasındakı münasibətlərin bu səfərlə daha da gücləndiyini vurğulayıb. 

Tramp çıxışında yeməyə qatılan bəzi önəmli şəxsləri qeyd edərkən, hazırda Səudiyyə Ərəbistanında oynayan məşhur futbolçu Kriştiano Ronaldoya iştirakına görə ayrıca təşəkkür edib. ABŞ Prezidenti Səudiyyə Ərəbistanının ABŞ-yə edəcəyini açıqladığı 1 trilyon dollarlıq investisiya vədindən dolayı Məhəmməd bin Səlmana təşəkkürünü bildirdi. 

Tramp iki ölkə arasında müdafiə və hərbi sahədə imzalanan əməkdaşlıq anlaşmalarına diqqət çəkərək, “Bunu burada ilk dəfə açıqlayıram. Səudiyyə Ərəbistanını rəsmi olaraq NATO üzvü olmayan mühüm müttəfiq kimi tanıyırıq. Bu, onlar üçün çox önəmli bir addımdır” ifadəsini işlədib. 

Səudiyyə Ərəbistanının ABŞ-dən təxminən 140 milyard dollarlıq silah- sursat, müdafiə xidmətləri alacağını və bunun minlərlə amerikalı üçün yeni iş imkanları yaradacağını bildirən Tramp bu investisiya vədindən dolayı çox məmnun olduğunu qeyd edib. 

Tramp milyardlarla dollarlıq yeni silahla bağlı “Bu, hər iki ölkəni daha təhlükəsiz edəcək və Səudiyyə krallığının Orta Şərqdə sabitlik və təhlükəsizliyin əsas gücü kimi rolunu möhkəmləndirəcək”,- deyib. Səudiyyə Ərəbistanı ilə strateji müdafiə anlaşması imzaladıqlarını bildirən Tramp bunun həm Vaşinqton, həm də Ər-Riyad üçün mühüm bir imkan olduğunu vurğulayıb. 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ev sahibliyinə görə Trampa təşəkkür edərək, iki ölkə arasındakı münasibətlərin güclənməsindən məmnunluq duyduğunu söyləyib: 

“Özümüzü burada evimizdəki kimi hiss edirik”. Bin Salman “Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı iqtisadi əməkdaşlığın perspektivi daha geniş və daha böyükdür. Bu gün bir çox sahədə münasibətləri daha da dərinləşdirəcək mühüm anlaşmalar imzaladıq” ifadələrini işlədib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri