Icma.az
close
up
RU
Şahzadə Böyük Britaniyanı tərk etmək üzrədir: Hara köçmək istəyir?

Şahzadə Böyük Britaniyanı tərk etmək üzrədir: Hara köçmək istəyir?

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kral III Çarlzın kiçik qardaşı Şahzadə Endryu son illərdə əli olduğu qalmaqallardan sonra Yaxın Şərqdə yeni həyat qurmağı düşünür.


Sfera.az bildirir ki, Şahzadə pedofillikdə ittiham olunan iş adamı Ceffri Epşteyn ilə dostluğundan əlavə, Çinin xeyrinə casusluqda ittiham olunan iş adamı ilə dostluğuna görə də şübhə altına düşüb. H6 kimi tanınan casusun Şahzadə Endryu ilə arasında qeyri-adi etimad dərəcəsi olub. Casusun İngiltərənin yarı məxfi Milli Təhlükəsizlik Məhkəməsinin qərarından sonra Böyük Britaniyaya girişi qadağan edilib.
 

2023-cü ildə H6 ilkin qadağasına etiraz etsə də, məhkəmə qərarı qüvvədə saxlayıb. Hakimlərə iş adamının Şahzadə Endryunun təsirindən istifadə etməyə çalışdığı bildirilib.
 

York Hersoq ofisi milli təhlükəsizliklə bağlı məsələlərlə bağlı əlavə şərh verə bilməyəcəyini və şahzadənin iş adamı ilə bütün əlaqəni kəsdiyini bildirib.
 

Həyatında baş verən bütün bu hadisələrlə əlaqədar olaraq, şahzadə Fars körfəzi ölkələrindən birinə köçməyi düşünür. Onun regionla çoxdankı əlaqələri var. Kralın qardaşı ə tez-tez BƏƏ-y gedir. Qızı Şahzadə Beatrisin keçən ay Əbu-Dabiyə etdiyi işgüzar səfəri qismən onun üçün “örtük” olub.
Britaniyalı siyasətçilərdən biri jurnalistlərə:
 

"O, daimi olaraq oraya köçməyi düşünür. O, pul qazanmaq üçün nəsə etmək istəyir" - deyə bildirib.
 

Şahzadə indi tamamilə sıravi vətəndaş olduğundan, kral və onun müşavirlərinin Endryunun bank hesablarına baxılmasını tələb etməyə qanuni hüququ yoxdur.
 

Endryu illər ərzində müntəzəm olaraq Yaxın Şərqə, o cümlədən Bəhreynə çoxsaylı səfərlər edib və burada Kral Həməd bin İsa Əl Xəlifənin ikinci oğlu Şeyx Abdulla ilə görüşüb. Həmin 2014-cü il səfəri zamanı keçmiş beynəlxalq ticarət elçisi Radisson Diplomat Hoteldə Bəhreyn-Böyük Britaniya Biznes Forumu naharında iştirak etmişdir. Tədbirdə Şahzadə Endryu Kral Həməd və vəliəhd Salmanla görüşüb.
 

York hersoqu 2018-ci ilin aprelində Böyük Britaniyanın hərbi dəniz bazası və polis təlim mərkəzi açmaq üçün yenidən ölkəyə səfər edib. O, yenidən Kral Həməd, eləcə də Bəhreyn daxili işlər naziri ilə görüşüb.
 

Növbəti mart ayında Şahzadə Endryu Bəhreyn Kralı ilə birlikdə dəniz bazasını ziyarət etmək üçün yenidən oraya gedib və 2019-cu ilin mayında keçmiş həyat yoldaşı Sarah Fergusonu Bəhreyn Qran Prisinə aparıb.
 

Mənbələrin bildirdiyinə görə, hersoq 2022-ci ilin noyabrında da gizli şəkildə Bəhreynə tətilə gedib. Görünür, o, qlobal enerji böhranı fonunda Qərb və Körfəz ölkələri arasında qeyri-rəsmi vasitəçi rolunu oynamaq niyyətində olub.


Aynil

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Dekabr 2024 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri