Icma.az
close
up
RU
Şahzadə Diana Parisə “intiqam libası” ilə “qayıtdı” Fotolar

Şahzadə Diana Parisə “intiqam libası” ilə “qayıtdı” Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Britaniya şahzadəsi Diana illər sonra Parisə “mum fiqur” olaraq “qayıdıb”.

“Qafqazinfo” xəbər verir ki, Avropanın ən qədim mum muzeylərindən biri olan Qrevin Muzeyi mərhum Uels şahzadəsinin məşhur “intiqam libası” ilə yeni fiqurunu ictimaiyyətə təqdim edib.

Muzey rəhbərliyinin bildirdiyinə görə, fiqurun hazırlanmasına səbəb direktorun Londona səfəri zamanı Madam Tüsso muzeyindəki Diana obrazını bəyənməməsi olub. Bu səbəbdən Paris öz versiyasını sifariş edib.

Yeni fiqur Diananın 1994-cü ildə London Serpentine Qalereyasında geyindiyi, çiyinləri açıq, qara və bədənə oturan kokteyl libasının dəqiq surətidir. Həmin gecə Kral III Çarlz (o vaxtlar Şahzadə Çarlz) televiziyada Kamilla Parkerlə münasibətini etiraf etmişdi. Bu səbəbdən geyim sonradan “intiqam libası” kimi məşhurlaşıb.

Fransız yazıçı Kristin Orban geyimin Diana üçün dönüş nöqtəsi olduğunu deyərək bildirib ki, kral ailəsində qara rəng yalnız dəfn mərasimlərində geyinilir və bu libas onun azadlığının simvoluna çevrilib.

Paris üçün təqdimat xüsusi məna daşıyıb. 1997-ci ildə Diana Sena çayı yaxınlığındakı tuneldə avtomobil qəzasında həlak olmuş, bu faciə onu fransızların yaddaşında əbədi simvollarından birinə çevirmişdi. Şəhərin müxtəlif nöqtələrində hələ də ona həsr olunan qeyri-rəsmi memoriallarda güllər və məktublar görünür.

Muzey nümayəndələri fiqurun təqdimatının Diananın BBC-nin “Panorama” proqramına verdiyi və monarxiya üçün sarsıdıcı hesab olunan sensasion müsahibəsinin 30-cu ildönümünə təsadüf etdiyini bildiriblər.

Fiqurun yerləşdiyi yer də diqqət çəkib — o, həyat yoldaşı Çarlz və kraliça II Elizabetin mum fiqurlarından uzaqda təqdim olunub.

Diananın fiquru Parisdə ölmüş digər məşhur kraliça Mariya Antuanettanın yanında sərgilənir.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 05:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri