Şahzadə Harri ailəsi ilə barışmaq istədiyini bildirib
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniya Şahzadəsi Harri atası Kral III Çarlz və qardaşı Şahzadə Uilyamla münasibətlərini bərpa etmək istədiyini bildirib.
Şahzadə Harri bu barədə Nyu-Yorkda "GQ” jurnalına verdiyi müsahibədə danışıb.
"Bəzi insanlar münasibətlərin düzəlməsini istəmir. Amma mən bunun baş verməsini istəyirəm. Dünyada baş verən bütün hadisələri nəzərə alsaq, ən vacib məsələ barışmaqdır. Əsas məqam da budur”, – deyə o vurğulayıb.
Harri keçmişdə yaşanan inciklikləri geridə qoymağın vacibliyinə də toxunub.
"Yaralar həmişəlik qalır. Amma baş verənlərə necə yanaşmağınız, onları necə qəbul etməyiniz və keçmişi geridə qoymağınız önəmlidir. Mən hər kəsi buna təşviq edərdim”, – deyə Şahzadə bildirib.
Qeyd edək ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ildə kral ailəsinin rəsmi üzvləri kimi vəzifələrindən imtina edərək ABŞ-yə köçüblər. Bu qərardan sonra Harrinin atası və qardaşı ilə münasibətləri gərginləşib. Ötən həftə Harri və Meqan Böyük Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər.
///azərtac///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 20 Oktyabr 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















