Şahzadə Harri atası Kral Çarlzla barışığa mane olunmasından danışıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
London, 28 sentyabr, AZƏRTAC
Britaniya şahzadəsi Harri atası Kral Çarlzla münasibətlərinin normallaşmasına bəzi insanların qəsdən maneələr yaratdığını bildirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, o, son günlər mətbuatda atasının evindəki görüş barədə yayılan xəbərləri tamamilə yalan adlandırıb. Məlumata görə, Şahzadə Harri 10 sentyabrda Londonda, Klarens Hausda Kral Çarlzla görüşüb. Bu, onların 2024-cü ilin fevralından bəri ilk üz-üzə görüşü olub. Bununla belə, “The Sun” qəzeti şənbə günü yazmışdı ki, görüş gözləniləndən daha rəsmi ab-havada keçib və Harri özünü ailə üzvü kimi deyil, rəsmi qonaq kimi hiss edib.
Şahzadənin sözçüsü açıqlamasında iddiaları təkzib edərək bildirib ki, bu xəbərlər tamamilə uydurmadır və ata-oğul barışığını pozmaq niyyəti güdən mənbələr tərəfindən qəsdən yayılıb.
“The Sun” isə öz növbəsində Harri tərəfindən bəzi məqamların təsdiqləndiyini iddia edib və xəbərin dərc olunmasından öncə şahzadənin ofisinə şərh üçün müraciət etdiyini, lakin cavab verilmədiyini açıqlayıb.
Şahzadə Harrinin Birləşmiş Krallığa son səfəri dörd gün davam edib. O, bu müddətdə Nottingem və Londonda bir sıra xeyriyyə tədbirlərində iştirak edib. Qeyd edək ki, Harri ilə Kral Çarlz sonuncu dəfə təxminən iki il əvvəl, kralın xərçəng diaqnozu aldığı dövrdə görüşmüşdülər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 28 Sentyabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















