Şahzadə maaşından imtina edib hərbi xidmətə başladı
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Danimarka şahzadəsi İzabella hərbi xidmətə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, Slagelsedəki Antvorskov kazarmasına gəlib və orada 11 ay Qusar Qvardiya Alayında xidmət edəcək.
İzabella 8300 kron yaşayış müavinətindən və 9000 kron maaşından imtina edib. Şahzadə beş ay davam edən əsas təlim keçəcək və bundan sonra altı aylıq döyüş və praktiki təlim mərhələsinə başlayacaq.
İzabellanın böyük qardaşı, vəliəhd şahzadə Kristian da əvvəllər Qusar Qvardiya Alayında xidmət edib.
Qeyd edək ki, Danimarkada hərbi xidmət müddətinin uzadılması qərarı ölkə parlamenti tərəfindən 2024-cü ildə qəbul edilib və 2026-cı ildə qüvvəyə minib. Əvvəllər bu müddət dörd ay idi. Bu il ümumilikdə 1600 nəfər hərbi xidmətə qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 03 Avqust 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















