Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Şahzadə obrazını canlandırıb həqiqi şahzadə oldu... Fotolar

Şahzadə obrazını canlandırıb həqiqi şahzadə oldu... Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uşaqlıqda eşitdiyimiz şahzadə nağıllarını unuda bilirikmi? Çoxumuz uşaqlıqda bu nağılları dinləyərkən bir gün şahzadə olmağı xəyal etməmişikmi? Qreys Kelli bu arzunu reallığa çevirdi. Təəssüf ki, bu titula sahib olmaq Monako şahzadəsinə istədiyi xoşbəxtliyi gətirmədi...

“Qafqazinfo” şahzadə olmaq üçün karyerasının zirvəsində sənətdən gedən Hollivud aktrisası Qreys Kellinin nağılını təqdim edir:

Hadisələr tarixin çətinliklərini və xarici hökmranlığın qaranlıq dövrlərini dəf edən, şahzadələrinin müdrik rəhbərliyi sayəsində əsrlər boyu müstəqilliyini qoruyub saxlayan kiçik bir ölkə olan Monakoda baş verir.

Qrimaldilərin yüksəlişi

Hər şey 1191-ci ildə Roma imperatoru VI Henrixin genuyalılara Monakoda baza qurmasına icazə verməsi ilə başladı. 1228-ci ildə ölkə Genuya koloniyasına çevrildi. Lakin 1297-ci ildə Fransua Qrimaldi və əsgərləri Monakonun məşhur qayasını və Herakl limanını bir gecədə ələ keçirərək, onu idarə etməyə başladılar. Beləliklə, Qrimaldi ailəsinin yüksəlişi başladı.

Növbəti əsrlərdə Monako həm dəniz ticarəti üçün mühüm liman, həm də Avropa silahlı qüvvələri üçün strateji dəniz bazası kimi inkişaf etdi.

1604-cü ildə II Onore taxta çıxdı və Monakonun “Böyük əsri” başladı. Qrimaldi ailəsi o vaxtdan bəri knyazlıq titulunu qürurla daşıyır.

İllər boyu ölkə çiçəklənsə də, 1793-cü il Fransa inqilabı ilə qaranlıq dövrlər geri döndü. İnqilab ailənin hakimiyyətinə son qoydu və Monako Fransaya birləşdirildi. Kral ailəsinin bütün üzvləri həbs olundu, lakin 1814-cü ildə Napoleonun fərmanı ilə Qrimaldilərin hüquqları bərpa edildi. Ancaq müstəqillik müqabilində Monako 1861-ci ildə ərazisinin yarısını Fransaya verdi.

Bu dövrdə III Şahzadə Çarlz taxtda idi. Monakonun təbii sərvətlərinin əksəriyyəti verilən torpaqlarla birlikdə itirildiyinə görə şahzadə ölkəni zənginləşdirmək üçün yeni yollar axtarırdı. O, turizm və qumar sənayesini çıxış yolu olaraq gördü.

1863-cü ildə “Société des Bains de Mer” təsis edildi. Şirkət o dövrdə yalnız bir neçə hotelə, teatra və kazinoya sahib olsa da, qısa zamanda Monte Karlo şəhəri möhtəşəm kurort mərkəzinə çevrildi.

1918-ci ildə Birinci Dünya Müharibəsindən sonra Monako muxtar dövləti Fransa qurumu kimi yenidən təşkil olundu. Ölkənin ilk dünya şöhrəti isə 1929-cu ildə keçirilən ilk Monako Qran-Prisi ilə gəldi.

1949-cu ildə Şahzadə III Reynier taxta çıxdı və aktrisa Qreys Kelli ilə evliliyi dünyanın diqqətini bu kiçik ölkəyə çəkdi.

Bu gün II Şahzadə Albertin rəhbərliyi altında Monako qürurlu bir monarxiya olaraq qalır. 1997-ci ildə Monako Knyazlığı Qrimaldi sülaləsinin 700 illiyini qeyd etdi. 

2002-ci ildə Fransa ilə Monako arasında bağlanmış müqaviləyə əsasən, Qrimaldi ailəsinin varisi olmazsa, ölkənin idarəçiliyi tamamilə Fransaya keçəcək, lakin Monako müstəqil millət statusunu qoruyacaq.

Hollivud ulduzluğundan nağıl kimi bir sevgi hekayəsinə...

Tarix boyu hər dövrün özünəməxsus hekayəsi olsa da, bu ölkənin ən böyük nağılı 1955-ci ildə Kann Film Festivalında başladı. Avropanın ən seçilən subayı olan Şahzadə Reynier 32 yaşında idi və özünə həyat yoldaşı axtarırdı. Festivalda o, ilk baxışdan Qreys Kelliyə aşiq oldu.

Qreys Kelli 12 noyabr 1929-cu ildə ABŞ-nin Filadelfiya şəhərində milyonçu və Olimpiya avarçəkmə çempionu ailəsində anadan olmuşdu. Əmisi Corc Kelli Pulitzer mükafatı laureatı olan yazıçı idi.

12 yaşında səhnəyə çıxaraq bir tamaşada rolda oynadı, təsviri incəsənət, rəqs və teatr onun maraq dairəsində idi. Məktəb illərində məşhur ulduz olmaq arzusunu dilə gətirirdi.

Bu xəyala çatmaq üçün Amerika Dram Sənətləri Akademiyasına daxil oldu. Ailəsi aktrisa olmaq istəyinə qarşı çıxdıqda, gözəlliyi ilə diqqət çəkən Qreys model kimi fəaliyyət göstərməyə başladı. 1951-ci ildə 22 yaşında ilk filmi “Fourteen Hours” ilə Hollivuda qədəm qoydu.

Daha sonra “High Noon” (Qari Kuper ilə) və “Mogambo” (Ava Qardner ilə) filmlərində çəkildi. Qısa karyerasında “Oskar” üçün namizəd göstərildi və 1955-ci ildə “The Country Girl” filmi ilə “Ən yaxşı aktrisa” “Oskar”ını qazandı.

Alfred Hiçkokun filmlərində (“Dial M for Murder”, “Rear Window” və “To Catch a Thief”) rol alıb. “The Swan” filmində şahzadə rolunu canlandırarkən, Kann Film Festivalında Şahzadə Reynier ilə tanış oldu və beləcə, nağıl həyatı başladı.

Onların romantikası məktublarla başladı və Şahzadə ABŞ-yə səfər edərkən Qreysin ailəsi ilə görüşərək, evlilik təklif etdi. 1956-cı ildə nişanlandılar və bir il sonra möhtəşəm toy mərasimi ilə evləndilər. 

Qreysin son filmi “High Society” oldu; o, şahzadə olacağı üçün kino karyerasını bitirdi. 18 aprel 1956-cı ildə Qreys və ailəsi yaxta ilə Monakoya gəldi. Onassisin təyyarəsi göydən minlərlə qırmızı və ağ qərənfil səpərək, şəhəri bayram əhvalına bürüdü.

Toy Monako Kafedralında keçirildi. Helen Rouz tərəfindən hazırlanmış gəlinlikdə Qreys bütün Monakonun qəlbini fəth etdi. Təxminən 30 milyon insan toyu televiziyada izlədi. Toydan sonra cütlük yeddi həftəlik bal ayına çıxdı.

Onların üç övladı oldu: Karolin (1957), Albert (1958) və Stefani (1965). Qreys Hollivud üçün darıxsa da, kino dünyasına qayıtmadı və özünü xeyriyyə işlərinə həsr etdi. Monakonu dünyaya tanıtmaq onun əsas məqsədi idi və bunun üçün inanılmaz əmək sərf etdi.

Təəssüf ki, bu böyük sevgi və şahzadə statusu ona xoşbəxtlik gətirmədi. 14 sentyabr 1982-ci ildə Qreys Kelli Fransanın cənubunda baş verən avtomobil qəzasında, 52 yaşında həyatını itirdi.

Ölkədə matəm elan edildi. Onun dəfn mərasimi toyundan daha böyük idi. Şahzadə Reynier Qreysin ölümündən sonra paylaşdığı hər fotoya həyat yoldaşının portretini daxil etməyə diqqət yetirirdi.

Şahzadə 56 il Monakonu idarə etdi. O, Monakonu kazino kurortundan ticarət mərkəzinə çevirdi və milyarderlər üçün vergi cənnəti yaratdı. 2005-ci ildə 81 yaşında böyrək çatışmazlığından vəfat etdi və sevimli həyat yoldaşının yanında dəfn edildi.

Qrimaldi lənəti gerçəkdirmi?

III Reynierin ölümündən sonra ailə yenidən sarsıldı. Dəfn mərasimi başlamazdan əvvəl Şahzadə Karolinanın əri Şahzadə Ernst mədəaltı vəzi xəstəliyindən komaya düşdü. Bu isə hər kəsin ağlına eyni sualı gətirdi: “Qrimaldi lənəti gerçəkdirmi?”

Dünyanın ən məşhur sülalələrindən biri olan Qrimaldilər heç vaxt evliliklərində uzunmüddətli xoşbəxtlik yaşamayıblar. Şayiələr 13-cü əsrdən bəri davam edir.

Deyilənə görə, 1250-ci illərdə qadınlara olan sevgisi ilə tanınan I Reynier bir flamand qadınla münasibətdə olub. Lakin uzun müddət evlilik vədi verdiyi qadını tərk edərək, öz statusuna uyğun başqa bir qadınla evlənib. Bəzi inanclara görə, cadugər qadın Qrimaldiləri lənətləyib və onların evliliklərinin uzun sürməyəcəyini, heç vaxt tam xoşbəxt olmayacağını deyib.

Əsrlər keçsə də, ailənin bədbəxtlikləri davam edib. III Reynier arvadı Qreys Kellini çox erkən itirdi. Böyük qızı Karolin 1978-ci ildə Filipp Cunotla evləndi, ancaq bu izdivac boşanma ilə bitdi, ikinci əri Stefano Kasiraqhi sürət qayığı yarışında öldü, üçüncü əri komaya düşdü.

Kiçik qızı Stefani də illər boyu bədbəxt sevgi hekayələri ilə gündəmdə olub. Deyilənə görə, 53 yaşında ailə quran Şahzadə Albert isə lənətdən qorxduğu üçün gec evlənib...






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri