Icma.az
close
up
RU
Şahzadə övladlarını həyat yoldaşından alır Kral ailəsində nə baş verir?

Şahzadə övladlarını həyat yoldaşından alır Kral ailəsində nə baş verir?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kral III Karl kiçik oğlu şahzadə Harrini bağışlayıb və onu sarayda qəbul edib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş sentyabr ayında baş tutub. 

Barışıqdan sonra Harri ABŞ-yə qayıdıb və indi ailəsi ilə yenidən birləşmək üçün növbəti addımlarını planlaşdırır.

Bildirilib ki, Sasseks hersoqu atasına ailənin adından fəaliyyət göstərmək barədə təklif irəli sürüb. Harri yenidən kral ailəsini təmsil etmək istəyir, lakin bunu hər gün deyil, yalnız Kral III Karl və şahzadə Uilyama kömək lazım olan hallarda etmək niyyətindədir. Harrinin kral ailəsinin əsas üzvü kimi fəaliyyətə qayıtması monarxla görüşdə müzakirə olunan mövzulardan yalnız biri olub.

“RadarOnline” nəşrinin məlumatına görə, Sasseks hersoqu atasından şahzadə Arçinin və şahzadə Lilibetin Londonda təhsil almasına yardım etməsini xahiş edib. Harri uşaqlarını həyat yoldaşından alaraq Böyük Britaniyaya aparmağı planlaşdırır. O, bu qərarı Meqan Marklla müzakirə edib. Hazırda Arçinin altı, Lilibetin isə dörd yaşı var. Onların Londondakı pansion məktəblərə qəbul vaxtına hələ xeyli qalır, çünki bu təhsil müəssisələrinə qəbul 12 yaşdan sonra mümkündür.

Harri artıq indidən bu məsələni həyat yoldaşı ilə müzakirə etməyin vacib olduğunu düşünüb. Meqan isə ərinin bu fikirlərinə sərt reaksiya verib.

 “Harri hesab edir ki, Böyük Britaniyadakı məktəblər ABŞ-dəkilərdən daha yaxşıdır və Arçi ilə Lilibetin orada təhsil alması həm onların köklərinə hörmət, həm də kral ailəsində gələcək qurmaq üçün bir imkan olacaq. O, uşaqlarını doğuşdan malik olduqları hüquqlardan məhrum etmək istəmir”, – deyə “RadarOnline” qeyd edib.

Meqan isə 2020-ci ildə tərk etdiyi Londona heç bir halda qayıtmaq istəmir. Qayıtsa belə, çox güman ki, oğlundan və qızından ayrı düşəcək, çünki uşaqların pansion məktəbdə oxuma ehtimalı böyükdür.

Xatırladaq ki, şahzadə Harri və Meqan Markl 2020-ci ilin yanvarında kral ailəsinin üzvləri kimi rəsmi öhdəliklərini yerinə yetirməkdən imtina ediblər. Rəsmi bəyanatdan qısa müddət sonra onlar oğlu Arçini də götürərək ABŞ-yə, Sasseks hersoginyasının vətəninə köçüblər. Kiçik Lilibet isə artıq Amerikada dünyaya gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see389

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see151

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri